Ölkə gündəmi maraqlı və zəngindir. İlk öncə ən həssas mövzudan başlayaq. Ölkədə bir çovğun var. Öncədən xəbər verildiyi kimi, bu gün respublika ərazisində hava şəraiti kəskin pisləşib.
Yollar buz bağlayıb, hərəkət çətinləşib. Yollarda köməksiz qalanlar, yardıma möhtac olanlar var.
Bu görüntülər az öncə ölkəmizin ayrı - ayrı bölgələrində qeydə alınıb. Əksər rayonlarda da vəziyyət belədir.
Siyasi mövzulara keçək. Dağlıq Qarabağda döyüşlərə qatılan erməni əsilli Livan vətəndaşı Maral Nacaryanın əsirlikdən azad edilib, ölkəsinə göndərilməsi Azərbaycanda birmənalı qarşılanmayıb. Buna görə hakimiyyəti tənqid edirlər. Bəs gerçək durum necədi? Maral Nacaryan buraxılmasa, onunla bağlı proseslər necə ola bilərdi? Onun buraxılmasını Rusiyanın və digər dövlətlərin istədiyi deyilir. Dövlət bəzən bu cür durumlarda davranışı ilə bağlı cəmiyyətə ətraflı, detallı bilgi verə bilmir. Bu məsələ ATƏT platformasında da müzakirə edilib. Avropa qaynaqları iddia edir ki, Maral snayper yox, jurnalist olub.
Hər bir halda, mövzu ictimai qaydada müzakirə edilir və buna biz də diqqət ayıracağıq.
Başqa mövzulara da diqqət edək.
Ombudsman Səbinə Əliyeva 2020-ci il üzrə Milli Məclisə məruzəsində vətəndaşların ölkədən çıxışına yalnız məhkəmənin qərarı ilə məhudidiyyət tətbiq edilməsi təklifi ilə çıxış edib. Ombudsman Səbinə Əliyeva məruzəsində bildirib ki, şəxsin ölkədən çıxışına məhdudiyyət yalnız məhkəmə qərarı əsasında qoyulmalı və qəbul edilmiş qərara dair müvafiq şəxsin əlaqə vasitlələrinə (mobil nömrəsinə, elektron poçt və ya ev ünvanına və s.) xəbərdarlıq bildirişinin göndərilməsi ilə bağlı müddəalar qanunvericiliyə əlavə olunmalıdır. “Hazırda, kredit borcu, vergi borcu, məhkəmə qərarının icrası, istintaqa cəlb edilmə və s. hallarda şəxslərin ölkədən çıxış hüququ müvafiq qurumlar (Vergi Xidməti, Daxili İşlər Nazilriyi, Ədliyyə Nazirliyi və s.) tərəfindən xəbərdarlıq edilmədən məhdudlaşdırılır. Bu barədə vətəndaşa hər hansı bildiriş verilmədiyi üçün ölkədən çıxmaq istəyən şəxs bu barədə yalnız sərhəd-keçid məntəqəsində xəbər tutur və bu da bir çox problemlərə səbəb olur”, deyə o qeyd edib.
Türkiyə-Rusiya müttəfiqliyi, Ərdoğan-Putin dostluğu Azərbaycan üçün strateji əhəmiyyətə malikdir. Regionun bu iki güclü dövlətinin münasibətinin düzəlməsi bizə işğaldakı torpaqlarımızı azad etməyə fürsət yaratdı. Ötən həftə ABŞ-ın dövlət katibi Endrü Blinkenlə Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı oldu. Ermənistan daxili vəziyyət, Qarabağ mövzusu müzakirə edildi. Bu, Blinkenin Nikola ilk zəngi idi. Lakin ABŞ-ın baş diplomatı hələ də Azərbaycan Prezidentinə telefon açmayıb. Vaşinqtonun İrəvana bu reveransının pərdəarxasında nə dayanır?
AG Bank ona mənzillərə görə ipoteka ödəyən müştərilərini məıhkəmə verib. Bank bağlandıqdan sonra ödəniş etmək istəyən müştərilərə deyilib ki, hələlik ödənişi dayandırırıq, sizə məlumat verəcəyik. Günün birində müştərilərə məktub gəlib ki, sizi məhkəməyə vermişik, pulu vaxtında ödəməmisiz. Bu müştərilərdən biri də İsveçrədə yaşayan yazar Ələkbər Əliyevdi. Deyir 10 ildi vaxtında ödəniş ediridik. Sonra bank dedi sizə məlumat verəcəyik indən belə hara ödəmək lazım olduğu haqda. Ardından da məhkəmə... Bu ciddi qalmaqaldı və bankın özbaşınalığıdı.
Özünə “prezident” deyən Araik Arutunyanın “xüsusi tapşırıqlar üzrə” qondarma nümayəndəsi Boris Avakyan deyib ki, İngiltərənin “HALO trust” şirkəti – hansı ki, atəşkəs dövründə Qarabağda ərazilərin minadan təmizlənməsi ilə (xeyriyyəçiliklə) məşğul olub – mina xəritələrini Türkiyə xüsusi xidmətinə ötürüb və nəticədə Azərbaycan Ordusu minalanmış ərazilərdən uğurla keçib. Belə bir şey mümkünmü? Əslində gerçək nədən ibarətdir, hərbçilərimiz minalanmış əraziləri necə adlayıblar?
Musavat TV-nin canlı yayımlanan “Həftə içi” proqramının qonağı olan Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bütün bu problemləri, pandemiya dövründə xalq-hökumət münasibətlərini, iqtidar-müxalifət əlaqələrində yeni mərhələni, məmur özbaşınalıqlarının iqtidara nələr vəd etməsini dəyərləndirdi.
Verilişi aşağıdakı linklər vasitəsilə izləyə bilərsiniz:
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat/
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com






