İnsanlara hürriyət, millətlərə istiqlal!

"O adamı qaçırtmaq istəyirdik" - Əmisioğlunun evini yaran şəxs -VİDEO

1129 27.11.2015 14:11 Kriminal A A

Dostu ilə əlbir oldu, evində yaşadığı əmisioğlundan 14 minlik oğurluq etdi. 

Saxlanılan şəxslərin başqa cinayət planları da üzə çıxdı. 

Masazır qəsəbə sakini Bağır İbrahimov polis idarəsinə ərizə ilə müraciət edərək ona məxsus mənzilin həyətyanı sahəsindən içi qızıl- zinət əşyaları ilə dolu seyf oğurlandığını bildirib.

Abşeron rayon Polis İdarəsinin cinayət- axtarış şöbəsi əməkdaşlarının keçirdikləri təxirə salınmaz əməliyyat tədbirləri nəticəsində zərərçəkənin əmisioğlu Elşən İbrahimov və onun tanışı Həsənalı Əliyev saxlanılıb. 

İlkin dindirilmə zamanı hər iki şəxs törətdikləri əməli etiraf ediblər. Naxçıvan Muxtar Respublikasının Culfa rayonundan olan Elşən İbrahimov Bakıya işləməyə gəlib və bu müddət ərzində o, əmisioğlugildə yaşayıb. Belə olduğu təqdirdə isə onun mənzildə seyfin varlığından xəbəri olub.

Söhbət zamanı Həsənalı bütün planın Elşənə məxsus olduğunu deyir. Tanışlar seyfi oğurlayaraq taksi ilə Xırdalan şəhərində yerləşən, Elşənin işlədiyi kafelərdən birinə aparıblar. Daha sonra isə seyfi yararaq qızılları əldə ediblər.

Həsənalı Əliyev - saxlanılan şəxs: "İşdən tanıyırdım onu. Deyirdi ki, əmimoğlugildə seyf var, içində də pul, qızıl. Əlcək geyinib, hasarı aşdı, bütün qapıları açdı, mən də kömək elədim".

Aparılan əməliyyat tədbirləri zamanı məlum olub ki, tanışlar bundan başqa daha bir cinayət törətməyə çalışıblar. 

Elşən İbrahimov - saxlanılan şəxs: "Mənə deyirdi ki, bir makler var, imkanlıdır, yaxşı pulu var, 50 min rahat ala bilərik ondan. O adamı qaçırtmaq istəyirdik". 

Artıq hər iki şəxsin törətdiyi dırnaqarası qəhrəmanlığa rayon polis idarəsində hüquqi qiymət verilib. 

Qeyd edək ki, məlum oğurluq zamanı saxlanılan şəxslər qızılların bir qismini sata bilsələr də, qalan hissəsi polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb. (Region TV)


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR