İnsanlara hürriyət, millətlərə istiqlal!

Nyu-Yorkun Kennedi adına hava limanı qar fırtınası üzündən bağlandı

1106 03.01.2014 17:02 Dünya A A
Nyu-Yorkun Kennedi adına beynəlxalq hava limanı hava şəraiti üzündən bağlanıb. Musavat.com-un “New York Daily News”a istinadən verdiyi məlumata görə, qar fırtınası səbəbilə yüzlərlə aviareys təxirə salınıb.

Nyu-Yorkda qar yanvarın 3-ünə keçən gecədən yağmağa başlayıb. Pis hava şəraiti çoxlu sayda sosial müəssisənin bağlanmasına səbəb olub.

Qeyd edək ki, ümumilikdə ABŞ-da 2300-dən çox təyyarə reysi təxirə salınıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR