İnsanlara hürriyət, millətlərə istiqlal!

Nyu Yorkda Xocalı faciəsinin qurbanları yad edildi - FOTOLAR

2496 26.02.2017 09:52 Son xəbər A A

Bu gün Nyu York Azərbaycan Evində Xocalı faciəsinin 25-ci ildönümü qeyd olunub. Musavat.com-un tədbirdə iştirak edən əməkdaşı xəbər verir ki, Nyu Yorkda yaşayan azərbaycanlıların iştirakı ilə gerçəkləşən ildönümündə tanınmış simalar iştirak edib. Azərbaycanın BMT-də daimi numayəndəliyinin rəhbəri, səfir Yaşar Əliyev və Fərid Cəbrayılov, Jeffrey Verbok, TADF-ın nümayəndəsi Hayal Erdoğan, yəhudi icmasından Yakov Abramov ve Pinkhas Avshalumovla yanaşı, Nyu Yorkda məskunlaşann həmvətənlərimiz də tədbirdə fəallıqları ilə seçilib. 

Tədbiri giriş sözü ilə Azərbaycan Evinin rəhbəri Minəvvər Vahabova açaraq Xocalı faciəsinin heç zaman unudulmaması üçün həmvətənlərimizin bir olmasının vacibliyini söyləyib. Səfir Yaşar Əliyev də öz çıxışında şəhidlərin Vətən uğrunda canlarından keçməsini Azərbaycan tarixində qürur səhifəsi adlandırıb.


Şəhidlərin ruhuna Fatih Camisi hocaları tərəfindən dualar oxunub, ehsan süfrəsi açılıb. Tədbirin sonunda Nyu Yorkda yaşayan həmvətənlərimizə və gələn qonaqlara "Sonsuz dəhliz" ("Endless corridor") sənədli filmi nümayiş etdirilib.

Filmin təqdimatına Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilib və hər il dünyanın müxtəlif yerlərində təbliğat-təşviqat tədbirlərini keçirən “Xocalıya ədalət” kampaniyası çərçivəsində, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) və Azərbaycanın ABŞ-dakı Səfirliyinin dəstəyi ilə təşkil edilib.

Sevinc Telmanqızı, musavat.com
Nyu York

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR