ABŞ-ın Nyu-York şəhərinin Bruklin rayonunda çəkiclə silahlanmış kişinin restorana daxil olub, onun işçilərinə hücumu nəticəsində 1 nəfər ölüb, 2-si yaralanıb.
Bu barədə "Report" NBC-yə istinadən xəbər verir.
Hücum zamanı xəsarət alan restoranın baş aşpazı sonradan xəstəxanada keçinib. Xəsarət almış digər iki şəxsin - 60 yaşlı restoran sahibi ilə 50 yaşlı işçinin vəziyyəti ağır kimi qiymətləndirilir.
Şübhəli şəxs qaçmağa çalışsa da, tezliklə hadisə yerindən bir neçə kvartal aralıda polis tərəfindən saxlanılıb.
Cinayətin motivləri araşdırılır.






