Nyu-Yorkda 21 yaşdan aşağı şəxslərə siqaret satışı qadağan edildi
Nyu-York hökuməti 21 yaşdan aşağı şəxslərə siqaret satışını qadağan edib. Musavat.com-un “Frans Press”ə istinadən verdiyi məlumata görə, bu barədə qərar şəhər Şurasında qəbul edilib. Qərarın lehinə 35 nəfər, əleyhinə 10 nəfər səs verib. Şəhər rəhbərliyi hesab edir ki, qanunvericiliyə dəyişiklikdən sonra 18-20 yaşlı yaşlı siqaret çəkənlərin sayı 55 faiz azalacaq.
Agentliyin məlumatına görə, 21+ məhdudiyyətinə təkcə tütün məmulatları yox, həm də elektron siqaretlər daxil edilib. Əvvəllər Nyu-Yorkda 18 yaşdan yuxarı hər kəs siqaret ala bilərdi.
Nyu-York bar, restoran və digər ictimai yerlərdə siqaret çəkilməsinin qadağan edildiyi ilk şəhərdir.






