İnsanlara hürriyət, millətlərə istiqlal!

"Nyu-York Tayms" yazdı: "Türkiyə səhv fırlanır"

2817 28.01.2014 14:29 Son xəbər A A
ABŞ-da çıxan "Nyu-York Tayms" qəzeti "Türkiyə səhv fırlanır" başlıqlı yazı verib. 
Avropa.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə, yazıda baş nazir Ərdoğan sərt dillə tənqid olunub. 
Qəzet Ərdoğanın jurnalistlərə, hüquq işçilərinə təzyiqindən yazır: "Baş nazir Ərdoğan keçən həftə Avropa ilə münasibətlərini normallaşdırmaq üçün Brüsseldə idi. Ancaq problemləri həll etmək üçün əvvəlcə öz evində yaratdığı siyasi fəlakətə baxsın. Bir zamanlar müsəlman demokratiya modelinin lideri olaraq göstərilən Ərdoğan bu gün ölkəni avtoritar bir ölkəyə çevirib. Bu yalnız Türkiyə üçün deyil, NATO-dakı müttəfiqləri üçün də təhlükə daşıyır. Son hadisələr Ərdoğanla Gülən hərəkatı arasındakı siyasi müharibədən qaynaqlanır. Hökumət hüququn azadlığını pozur. Jurnalistlərin azad xəbər hazirlamasına mane olur".
Daha sonra qəzet "İstintaq və hörmətli Ərdoğanın reaksiyası siyasi həqiqətlərdən qaynaqlana bilər. Mart ayında böyük əhəmiyyət kəsb edən yerli seçkilər var. Amma Ərdoğan istintaqın şəffaf və ədalətli olması üçün səy göstərməlidir" yazıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR