İnsanlara hürriyət, millətlərə istiqlal!

Nyu-York ştatının baş prokuroru Tramp və onun övladlarına qarşı 250 milyon dollarlıq iddia qaldırıb

614 22.09.2022 00:39 Dünya A A

Nyu-York ştatının baş prokuroru Letisiya James, keçmiş prezident Donald Tramp və onun üç övladının “Trump Organization” şirkətinin biznes əməliyyatları ilə bağlı uzun müddət davam edən mülki araşdırma ilə bağlı fırıldaqçılıq ittihamı ilə məhkəməyə müraciət edib.

Musavat.com xarici agenltiklərə istinadən xəbər verir ki, bu barədə baş prokuror özü jurnalistlərlə söhbətində bəyan edib.

“Bu gün mən elan edirəm ki, biz Donald Trampın özü, ailəsi və şirkəti üçün qazanc əldə etmək üçün qanunu pozduğuna görə məhkəməyə veririk. Donald Tramp ədalətsiz şəkildə varlanmaq və sistemi aldatmaq üçün öz kapitalını yalandan qat-qat şişirdib və bununla digər sərmayədarları aldadıb”,-deyə Letisiya Ceymsin ərizəsində bildirilir.

Baş prokuror mülki iddia ilə ən azı 250 milyon dollar təzminat tələb edib.

Letisiya Ceyms keçmiş prezidentə qarşı bir neçə bənd də sıralayıb. Onun iddiasına görə, sabiq dövlət başçısı üçmərtəbəli “Trump Tower” mənzilinin dəyərini və ölçüsünü yanlış təqdim edib. Bundan başqa, sənədlərdə Trampın Florida ştatında sahib olduğu Mar-a-Laqo malikanəsi 739 milyon dollar dəyərində qiymətləndirilsə də, bu rəqəm əslində 75 milyon dollardan yuxarı olmayıb. L.Ceyms həmçinin Trampın qolf klublarında abonement qiymətləri də həddən artıq şişirtdiyini vurğulayıb.

Nyu York Baş Prokurorluğu Daxili Gəlir Xidmətinə cinayət şikayəti verdiyini söylədi.

Baş prokuror həmçinin Tramp və onun üç övladının Nyu-York ştatında qeydiyyatdan keçmiş və ya lisenziyalı hər hansı korporasiyada məmur və ya direktor vəzifəsində çalışmasını həmişəlik qadağan olunmasını, Tramp və onun təşkilatının ştatda daşınmaz əmlak biznesinin yasaqlanmasını, keçmiş prezidentin beş il müddətinə Nyu-York banklarından kredit verilməsinə qadağa gətirilməsini xahiş edib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR