Son bir həftə ərzində ABŞ-da üç yəhudi qəbiristanlığı dağıdılıb.
Musavat.com "Rochester Democrat Cronicle" qəzetinə istinadən xəbər verir ki, son belə hadisə Nyu-Yorkun Roçester qəbiristanlığında baş verib.
Qəzetin məlumatına görə, polis əvvəl bunu adi xuliqanlıq hesab etsə də, sonradan məlum olub ki, çox sayda qəbirüstü daşlar sındırılıb. Yerli polis nümayəndəsi Jaklin Şuman bildirib ki, bu işlə əlaqəli şübhəli saxlanmayıb.
Musavat.com






