İnsanlara hürriyət, millətlərə istiqlal!

Nyu-York prokurorluğu Trampın biznes sahəsindəki şübhəli işləri ilə maraqlanmağa başlayıb

282 20.02.2021 19:27 Dünya A A

 

ABŞ-ın Nyu-York şəhərinin Manhetten dairə prokurorluğu keçmiş prezident Donald Trampa məxsus şirkətə qarşı açılan cinayət işi çərçivəsində daşınmaz əmlak vergisi üzrə agentliyi ifadəyə çağırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları sabiq dövlət başçısının kommersiya əmlakına qoyulan vergiləri fırıldaq yolu ilə qəsdən azaltması ilə bağlı gələn informasiyaları araşdırır.

Bununla bağlı bildiriş Nyu-York şəhərinin Vergi komissiyasına artıq təqdim olunub. Prokuror Sayrus Vens (kiçik) Donald Trampın vergi bəyannamələrni və kredit sənədlərini diqqətlə incələməyə başladıqlarını söyləyib.

Prokurorluğu maraqlandıran əsas məsələlərdən biri də Donald Trampın şirkətinin əlindəki daşınmaz obyektlərin qiymətlərini qəsdən artırmaqla özü üçün əlverişli kredit sazişlərini əldə etməsi ilə bağlıdır. Maraqlıdır ki, şirkət az vergi ödəmək üçün komissiyaya göndərdiyi hesabatda eyni əmlakların dəyərini kiçildib.

Yəni kredit almaq üçün obyektlərin qiyməti yuxarı, vergi ödəməmək üçün isə aşağı göstərilib.
Nyu-York şəhərinin vergi komissiyasının sədri Frensis Henn bununla bağlı informasiyanı təsdiqləyib. ABŞ mediası agentliyin Donald Trampa məxsus “Trump Organization” şirkətinin gəlir və çıxarları haqqında məlumatları verməyə məcbur qalacağını bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR