İnsanlara hürriyət, millətlərə istiqlal!

NYT Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinin müxalifətçilərə qarşı əməliyyatlarından yazdı

460 18.03.2019 13:56 Dünya A A

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman jurnalist Camal Qaşıqçının qətlinə qədər onun hakimiyyətinə qarşı çıxanların hamısının susdurulması üçün məxfi əməliyyatın başlanmasını əmr edib.

Bununla bağlı “The New York Times” qəzeti ABŞ kəşfiyyatında çalışan mənbələrinə istinadən məlumat verib.

Qeyd olunur ki, gizli əməliyyatlar Səudiyyə Ərəbistanı kralının müxalif təbəələrinin harda olursa-olsun, izlənilməsi, yaxalanması və onlara işgəncə verilməsi kimi tədbirləri də nəzərdə tutub.

Həmin məxfi missiyanın önəmli hissəsi məhz 2018-ci ilin oktyabrında Camal Qaşıqçının vəhşicəsinə qətlində iştirak edən qrup üzvlərinə tapşırılıb.

Qəzetin xəbərinə əsasən, 2017-ci ildən başlayaraq Qaşıqçının qətlində iştirak edənlər ən az 10 bu cür əməliyyat hazırlayıblarmış.

Onların bəzilərində müxalif insanlar zorla digər ərəb ölkələrindən geri qayıtmağa məcbur edilib. Həmin şəxslərə şahzadəyə məxsus saraylarda ağır işgəncələr verilib.

Qəzet ABŞ kəşfiyyatçılarının bu komandanı öz aralarında “Səudiyyəlilərin operativ müdaxilə qrupu” adlandrdığını bildirir.

Qeyd edək ki, artıq İnterpol da Qaşıqçı cinayətinə görə 20 Səudiyyə Ərəbistanı vətəndaşı haqqında qırmızı bülletenlə beynəlxalaq axtarış elan edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR