İnsanlara hürriyət, millətlərə istiqlal!

Nüvə silahının atılmasının qarşısını alaraq III dünya müharibəsini əngəlləyən zabit - Vasili Arxipov kimdir ?

8229 07.11.2019 15:58 Yaxın tarix A A

Fəlakətin baş verməsi üçün sadəcə daha bir komandirin əmri lazım idi.

1962-ci ildə Kuba raket böhranı zamanı Vasili Arxipov III dünya müharibəsini əngəlləmək üçün böyük bir qərar alıb.

Vasili Arxipov Moskva yaxınlığındakı Staraya Kupavna qəsəbəsində bir kəndli ailəsində anadan olub. O, Sakit okean Ali Dəniz Məktəbində təhsil alıb və 1945-ci ilin avqustunda sovet-yapon müharibəsində iştirak edərək minaaxtaran gəmidə xidmət edib.

27 oktyabr 1962-ci ildə Sovet İttifaqına məxsus B-59 sualtı gəmisi Qərb Hind adaları adı ilə də tanınan Karibdə durmaq əmri almışdı. ABŞ-a məxsus blokadaların gerisində dayanan B-59 sualtı gəmisində 3 komandir var idi. Onlardan biri də Vasili Arxipov idi. Olduqları yeri ABŞ ordusundan qorumaq üçün sualtı gəmi dərində qaldı. Lakin gəmi kifayət qədər dərində deyildi.

1962'deki Küba Füze Krizi sırasında Vasili Arkhipov daha sonraları tarihçilerin başlı başına 3. Dünya Savaşı'nı engelleyen şey olduğuna inandığı bir karar vermek zorunda kaldı.

Sovet sualtı gəmisini fərq edən ABŞ donanması gəmidəki komandirləri qorxutmaq məqsədilə məhvedici olmayan sualtı bombalar atmağa başlayıb. Lakin ABŞ donanmasının bilmədiyi bir şey var idi. B-59 sualtı gəmisində ağır silahlar və Xirosimaya atılan atom bombası qədər güclü bir nüvə raketi var idi.

B-59 dalış edərkən rabitə əlaqəsini itirib, nə edəcəkləri barədə əmr almaq üçün Moskvaya ilə əlaqə saxlamaq mümkün olmayıb.

B-59 dalışa geçtiğinde yüzeyle iletişimini kaybetti, emir almak için Moskova'ya ulaşmalarının hiçbir yolu yoktu.

Suyun altında əlacsız qalan 3 komandirdən ikisi gəmidəki nüvə raketini havaya buraxmaq qərarına gəlib. Lakin bu nüvə raketinin atılması üçün hər 3 komandirin razılığı olmalıydı. Bu məqamda Vasili Arxipov hərəkətə keçib. 

Sualtı gəminin 3-cü komandiri ABŞ donanmasının atdığı bombaların yaxınlaşdığı zaman sakit qalmağı bacarıb və bu bombaların məhvedici olmadığından, sadəcə onları suyun səthinə çıxarmaq üçün bir tələ olduğundan şübhələnib. Vasili Arxipov şübhələrində haqlı çıxıb. Onlar yanacaq və oksigenləri tükənənə qədər suyun altında qalmağa davam ediblər. Sonda məcburi şəkildə ABŞ donanmasına təslim olmaq üçün suyun üzərinə çıxıblar. Lakin onlar suyun altından çıxdıqda ABŞ donanması oradan getmişdi. 

Sovyet gemisini fark eden ABD Donanması, komutanları korkutmak ve kimliğini belli etmek üzere yüzeye çıkmaya zorlamak için ölümcül olmayan su altı bombaları atmaya başladı.

Vasili Arxipov təmkinli və məntiqli hərəkət edərək həm nüvə raketindən xilas olan amerikalıları, həm də III dünya müharibəsi ehtimalını geridə qoyaraq evinə dönüb.

Vasili Arxipov 1998-ci ildə avqustun 19-da vəfat edib. 

Turan Oruc
Musavat.com

Denizaltı Vasili Arkhipov sayesinde nükleer saldırıdan kurtulan Amerikalılar'ı ve büyük bir savaş ihtimalini geride bırakarak aceleyle evin yolunu tuttu.

Denizaltının üçüncü komutanı sualtı bombaları yaklaşırken sakin kalmayı başardı ve bombaların saldırı değil, sadece onları yüzeye çekmek için yem olduğundan şüphelenmeye başladı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR