İnsanlara hürriyət, millətlərə istiqlal!

Nürəddin Mehdixanlı ilə Kəmalə Quliyeva qalmaqalı böyüyür

13211 07.06.2014 21:47 Son xəbər A A
Aktrisa və aparıcı Kəmalə Quliyevanın xalq artisti Nürəddin Mehdixanlının qızı olması xəbəri artıq sosial şəbəkələrdə də geniş müzakirələrə yol açıb. 
K.Quliyevanın N.Mehdixanlının qızı olub-olması elə xalq artistinin öz facebook profilində yayımladığı statusdan sonra açıqlamasını tapdı. Qızı olmasına rəğmən yaşadığı həyat tərzini qəbullanmayan xalq artisti belə bir qızı olmasını rədd edib.

Bundan sonra mətbuata açıqlama verən K.Quliyev bvunları deyib:

“Atam həmin sözləri ilə böyük səhv etdi. O, bunu zamanla anlayacaq. Əslində Nürəddin müəllimdən ayrı yaşasaq da anam və mən hər zaman onunla əlaqə saxlamışıq. Lakin saytların birinin məndən icazəsiz bu xəbəri yazması arada olan xoş münasibəti bitirdi. Atam çox qəzəbli insandır. Anam onunla 20 il öncə qısqanclığa görə ayrılıb. Çünki atamın hər zaman əhatəsi böyük olub. Xanım dostlarının da çox olmasına anam dözə bilməyib və boşandılar. O zaman mənim 10 yaşım olardı. Onun hazırda öz ailəsi var və istəmirəm ki, bu söhbət daha da uzansın. O, mənim atamdır, özü də ,dostları da bunu çox yaxşı bilir və mən bunu sübut etməyə hazıram”.
K.Quliyeva xalq artisti N.Mehdixanlının qızı olmasını sübut edən sənəd də paylaşıb. 
Bu duruma münasibətini bildirən xalq artisti fikirlərini sosial şəbəkə vasitəsi ilə ictimailəşdirdi: “Mən bir daha təkrar edirəm ki, özünü bu sayaq yarıçılpaq şəkillərlə təqdim edən və bu əməli ilə fəxr edən hər kim olursa-olsun, doğma qızım olsa belə, mənim qızım ola bilməz. Özünə “Nurəddin Mehdixanlının qızıyam” deyən kəs, bu cür qəbuledilməz hərəkətə yol verə bilməz. Və mən buna qəti şəkildə etiraz etmişəm. Mənim qızım belə ola bilməz. Mənim qızım belə olmamalıdı. Məgər mən səhv etmişəm? Qətiyyən. Mən bu məsələdə özümü haqlı sayıram.

Kamran Quliyevdən soruşuram ki, sən Kəmalə Quliyevanın qardaşı olaraq, onun bu yarıçılpaq vəziyyətdə olan şəkillərini və davranışını qəbul edirsənmi? Bəlkə də sən qəbul edirsən, amma mən qəbul etmirəm. Heç vaxt da etməyəcəyəm. Kamran Quliyev, Kəmalə Quliyeva hər kəsin gənclik xətaları ola bilər. Nümayiş etdirdiyiniz sənədlər, əllərinizdə tutub hamıya göstərməyə çalışdığınız o sənədlər düz də ola bilər, saxta da ola bilər. Amma artiq 30 ildən çoxdur ki, o sənədlər sizin və mənim həyatımda nələrisə dəyişdirmək qüdrətində deyil”.

Məsələnin yekun həddini, münasibətlərin sreasını və bundan sonr ahansı addımlar atılacağına dair N.Mehdixanlı ilə əlaqə yaratmağa çalışsaq da, onun telefonu söndürülmüşdü. 

Bu məsələyə dair açıqlama vermək istəmədiyini bildirən, xalq artisti bugün öz facebook profilində yazıb: “Bu, məsələlərlə bağlı deyəcəyim son sözümdü. Xahiş edirəm bu məsələdən şou düzəltməyi bitirin. Və bu məsələ ilə bağlı heç kim narahat etməsin”. 
Sonda qeyd edək ki, bu olayların son ərəfəsində N.Mehdixanlının qızı Ayturan Quliyeva atasının rəsmi facebook səhifəsində ailələrinin fotosunu paylaşıb və “Nurəddin Mehdixanlının ailəsi budur. Hər şey göz qabağandadır. Fərqi görün. Onun başqa ailəsi yoxdur və ola da bilməz” şərhini yazıb.

Fəridə Abdıyeva

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR