İnsanlara hürriyət, millətlərə istiqlal!

Nuland İrəvanda azərbaycanlı girovları müzakirə edib (FOTO)

1134 18.02.2015 22:21 Son xəbər A A
İrəvanda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Victoria Nuland Ermənistan prezidenti ilə Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycana qaytarılması məsələsini müzakirə edib.

Bu barədə ABŞ rəsmisi çərşənbə günü Yerevanda prezident Sarkisyanla görüşdən sonra jurnalistlərə deyib.

"Mən [prezident Sarkisyanla] o dəhşətli hadisə barədə də danışmışam. Aydındır ki, bu, cinayətdir, lakin bununla belə biz müvafiq hakimiyyətə müraciət edərək, daha əvvəl [Bakıda] mətbuat konfransım zamanı dediyim kimi, humanitar jest etməyə çağırırıq", - Victoria Nuland deyib.

Dilqəm Əsgərov və Şahbaz Quliyev ötən il Dağlıq Qarabağda erməni qüvvələrin nəzarəti altında olan Kəlbəcər rayonu ərazisində saxlanılıb. Onlar iki nəfəri qətlə yetirilməkdə, bir nəfəri yaralamaqda, "sərhədi diversiya məqsədilə" keçməkdə ittiham olunaraq, Qarabağ məhkəməsi tərəfindən məhkum olunublar.

Victoria Nuland Ermənistan paytaxtına Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində paytaxtına Bakıdan gəlib.

ABŞ dövlət katibinin köməkçisi Azərbaycan və Ermənistan rəhbərliyini təmas xəttində gərginliyin səngiməsi üçün və Qarabağ probleminin həlli istiqamətində səyləri artırmağa çağırıb.

"Prezidentlər Əliyev və Sarkisyanla görüşlərim əsnasında mən qantökməyə son qoymaq məsələsini qaldırmışam", xanım Nuland bəyan edib. "Bu, tərəflərdən heç birinin maraqlarından irəli gəlmir. Məndə təsəvvür yaranıb ki, biz hər iki paytaxtda irəliləyişə nail olmuşuq və ümidvaram ki, yaxın günlərdə bütün hərbi qulluqçular, onların valideynləri və bütün bölgə naminə sülh peyda olar”.

İrəvanda Viktoria Nuland Ermənistan prezidenti Serj Sarkisyanla və xarici işlər naziri Edvard Nalbandyanla danışıqlardan başqa, yerli hüquq-müdafiə və vətəndaş cəmiyyəti fəalları ilə başlı qapılar formatında görüş keçirib. /BBC/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR