İnsanlara hürriyət, millətlərə istiqlal!

Nüfuzlu “Newsveek” nəşrində Azərbaycan ordusunun uğuru haqqında...

1322 11.10.2020 20:41 Ölkə A A

Orta Şərq üzrə tanınmış tədqiqatçı Set Frantsman (Seth Frantzman) Amerikanın və dünyanın nüfuzlu jurnalı olan "Newsveek"də “Azərbaycan dronları gələcək müharibənin necə olacağını göstərir” başlıqlı yazı ilə çıxış edib.

Müəllif hərbi eskalasiyanın gedişi barəsində məyyən təsəvvürlər yaratdıqdan sonra qeyd edir ki, Azərbaycan tank, artilleriya və digər hərbi texnika əleyhinə tətbiq etdiyi pilotsuz dronlar unikal hərbi hərəkətlərdir.

”ABŞ on illərdir ki, qlobal terrorla mübarizədə dronlardan istifadə edir, lakin Bakının yüzlərlə növ pilotsuz qurğulardan yararlanması gələcək müharibələrin pərdəsini ortadan götürür. Vaşinqtondan Pekinə, Yerusəlimdən Tehrana qədər hökumətlər buna diqqət etməlidir”, - deyə müəllif müxtəlif dövlətləri bunu Azərbaycandan öyrənməyə çağırır.

Məqalədə dron-kamikadzeləri müxtəlif ölkələrdən almaqla özünün silah arsenalını genişləndirən Azərbaycanın Ermənistanla savaşın gələcək nəticələrində həlledici rolu xüsusi vurğulanır. Göründüyü kimi, 27 sentyabrda Azərbaycan Silahlı qüvvələrinin əks-hücum əməliyyatı dünya hərb tarixində ən mühüm cəhətlərinə görə daim müraicət edilən səlnamələrdən biri olacaq.

Şübhə yoxdur ki, birinci Qarabağ müharibəsinin nəticələrinə girov qalmış Ermənistanın sabiq hərbi xunta rəhbəri Serj Sarkisyanın dediyi kimi, 80-ci illərin silahı ilə vuruşan və son günlər dünyanın müxtəlif ölkələrindən müxtəlif kanallarla silah-texnika-texnologiya daşıyan Ermənistanın döyüş meydanında Azərbaycan qarşısında məğlubiyyəti qaçılmazdır.

 

Məqalənin tam versiyası ilə bu linkdən tanış ola bilərsiniz.

https://www.newsweek.com/how-azerbaijans-drones-show-what-future-war

 

Zahid Oruc — Vikipediya

STM İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR