NÜFUZLU ANALİTİK MƏRKƏZDƏN İŞĞALÇI ORDU HAQDA SENSASİON HESABAT
“Bu problemlər və hakimiyyətin onları həll etmək qabiliyyətinin olmaması Ermənistanda müdafiə sahəsində islahatlara zərbə vurmaqla yanaşı regional qüvvələr balansına təsir edir”, - deyə mərkəzin analitikləri bildirir. Hesabatda deyilir ki, Ermənistan ordusunda baş verən hər qeyri-döyüş itkisi və ya yaralanma silahlı qüvvələrə, onun komandanlığına etimadı sarsıdır. Və belə sual yaradır ki, hökumət ordudakı böhranın ciddi siyasi təhdid təşkil etməsindən əvvəl onun qarşısını ala biləcək, ya yox?
Mərkəzin ekspertlərinin gəldiyi qənaətə görə, Ermənistan hakimiyyəti orduda qeyri-döyüş itkilərinin qarşısını almaq iqtidarında deyil. Bu isə may ayına təyin edilmiş parlament seçkiləri ərəfəsində ciddi siyasi problemə çevrilə bilər. Belə ki, müəyyən qruplar ordudakı problemlər ətrafında səfərbər ola və hakimiyyətə qarşı birləşər. “Əgər Azərbaycan bunu erməni ordusunun zəifləməsinin əlaməti kimi qiymətləndirməyə başlasa, problem Ermənistan hakimiyyətinin regional stabilliyi üçün də gərginlik yaradacaq”, - deyə mərkəz bildirir.
Ekspertlər vurğulayır ki, müdafiə naziri Seyran Ohanyan ordudakı situasiyanı düzəltməyə çalışır. Siyasi və ictimai təzyiqlər isə artır. Eyni zamanda bu vəziyyət ölkənin Müdafiə Nazirliyinin daxilində də parçalanmalara gətirib çıxarıb. Belə ki, nazirlikdə S.Ohanyanın ətrafında birləşən gənc və Qərb meylli hərbi kadrlar orduda köklü islahatlara çalışır. Yaşlı və mühafizəkar zabitlərdən ibarət qruplaşma isə islahatlardan ehtiyat edir və ona qarşı çıxır.
“Oxford Analytica” mərkəzinin analitikləri qeyd edir ki, ikinci qruplaşmaya Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi, general Yuri Xaçaturov və keçmiş müdafiə naziri, general Mikael Arutyunyan başçılıq edirlər. Lakin onların orduda dəstəyi azdır və orta ranqlı zabitlər arasında nüfuza malik deyillər. Hesabatda deyildiyinə görə, mühafizəkarlar qruplaşmasının üzvlərinin Müdafiə Nazirliyi sistemində yüksək postlar tutmasına baxmayaraq, onlar islahatçılar qruplaşmasından zəifdir. Həmçinin “köhnələr”in müasir komandanlıq sistemindən başı çıxmır, onların nüfuzu ancaq Qarabağ müharibəsində iştirakları ilə ölçülür. Mühafizəkarlar qruplaşmasının üzvlərinin əsas nüfuzu Qarabağ müharibəsi veteranları arasındadır. Bu da onların digər zabitlərin dəstəyini qazanmasını məhdudlaşdırır.
Mərkəzə görə, üçüncü səbəb budur ki, eks-prezident Robert Köçəryana nisbətən indiki prezident Serj Sərkisyan köhnə nəsil komandanlara az ehtiyac duyur, o tez-tez müdafiə sistemində islahatlara maraq göstərən gənc kadrlara üstünlük verir. Nəticədə mühafizəkarlar orduda yüksək vəzifələr tutsa da, islahatçılara uduzur.
Bununla belə, hesabatda bildirilir ki, “köhnələr” də hakimiyyəti asanlıqla əldən vermək niyyətində deyillər. Onlar öz mövqelərini saxlamaq üçün Qarabağ elitası ilə şəxsi və işgüzar əlaqələrini genişləndirirlər. Baxmayaraq ki, Ohanyan da Sərkisyan kimi Qarabağ elitasının nüfuzlu üzvlərindəndir, ancaq müdafiə naziri onların işgüzar maraqları ilə ortaq deyil. Bununla belə, keçmiş prezident kimi S.Sərkisyan da “köhnə komandanlar” tərəfindən asan hədəfə çevrilə bilər. Mərkəz hesab edir ki, ordudakı problemlər ətrafında gərginliyin artmasını nəzərə alaraq hərbi intizam yaratmaq üçün sərt addımların atılması hakimiyyətin özünə qarşı ciddi çağırışa çevrilə bilər. Bildirilir ki, hakimiyyət ordudakı problemləri aradan qaldırmaq üçün bəzi addımlar atır, əsgər ölümlərinə görə zabitlər cəzalandırılır, hərbi təhsilə diqqət artır. Ancaq problemi kökündən həll etmək üçün ciddi islahatlara ehtiyac var və kadrların təyinatı zamanı onların Qarabağ müharibəsində iştirakı yox, şəxsi nailiyyətləri nəzərə alınmalıdır.
Hesabatda həmçinin deyilir ki, Ermənistan ordusundakı vəziyyət onun içərisindən daha çox məlumatların yayılması sayəsində üzə çıxıb. Bu informasiyaların cəmiyyətə çatdırılması isə həm də Ohanyanın apardığı islahatlardan irəli gəlib. Məlum olub ki, 2011-ci ildə Ermənistan ordusunda qeyri-döyüş itkiləri azalıb. Lakin vəziyyət yaxşılaşmayıb. Bu isə Ohanyana baha başa gələ bilər. Belə ki, vəziyyəti düzəldə bilməsə, o, ordu barədə şəffaflıq yaratmaq cəhdlərinin güdazına gedər. Bundan əlavə, Müdafiə Nazirliyinin rəhbərliyində Ohanyana qarşı olan qüvvələr onun islahatlar aparmaq səylərinin qarşısını ala bilər. Bildirilir ki, “köhnələr” Ohanyanı zəiflətmək üçün onun korrupsiya sxemlərinə qarışmasına dair faktları sızdıra bilərdi.
Hesabata görə, hazırda məsələ budur ki, prezident Sərkisyan müdafiə nazirinə orduda islahatlar aparmaqda nə dərəcədə dəstək verəcək. Belə dəstək olmasa, may seçkilərində liberal-demokratlardan tutmuş, radikal millətçilərə qarşı hamı hakimiyyətə qarşı birləşə bilər.
Qeyd edək ki, bu hesabatın yayıldığı gün erməni ordusunda daha bir əsgər ölümü qeydə alınıb. “Armenia Today” xəbər verir ki, fevralın 5-də saat 19.20-də erməni ordusunun Qarabağ cəbhəsində, Cəbrayıl istiqamətindəki döyüş postunda 1992-ci ildə anadan olmuş sıravi Marat Aleksandroviç Dimaksyan odlu silahdan açılan atəş nəticəsində ölüb. İnsidentlə bağlı araşdırma aparılır. Əsgərin özünü güllələdiyi, yaxud digər əsgər tərəfindən vurulduğu ehtimal edilir. Ötən həftə də Qarabağda, təmas xəttində erməni əsgəri özünü vurmuşdu. Bu il başlayandan erməni ordusunda üç belə insident qeydə alınıb.
“Oxford Analytica” mərkəzi isə ötən il də Ermənistan və Azərbaycan arasında qüvvələr nisbətinə dair təhlil hazırlamışdı. Orada deyilirdi ki, Azərbaycanın hərbi xərcləri Ermənistanla müqayisədə on dəfələrlə artıb. Lakin Azərbaycan ordusunda nizamnamədən kənar münasibətlər, dözülməz rəftar və digər səbəblər üzündən itkilər baş verir və hərbi xərclərin artması hələ silahlı qüvvələrin Ermənistan ordusuna qalib gəlmək üçün yetərli döyüş gücünə malik olmasına gətirib çıxarmayıb. Həmçinin silahlı qüvvələrə ayrılan xərclər qeyri-effektiv xərclənir.