İsraildə növbədənkənar seçkilərin tarixi parlamentin noyabrın 18-də keçiriləcək iclasında elan ediləcək.
İsrail KİV-lərinin yazdığına görə, bu, ölkənin Baş naziri, Likkud Partiyasının lideri Benyamin Netanyahu ilə təhsil naziri, Bayt Yequhdi Partiyasının (“İsrail bizim evimizdir” Partiyası) lideri Naftali Benneta arasında noyabrın 16-da keçirilən görüşdən sonra məlum olub.
Növbədənkənar seçkilərin 2019-cu ilin martında keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, noyabrın 14-də “İsrail bizim evimizdir” Partiyasının başçısı Aviqdor Liberman müdafiə naziri vəzifəsindən istefa verdiyini, partiyanın isə koalisiyadan çıxdığını bildirib.






