İnsanlara hürriyət, millətlərə istiqlal!

“NÖVBƏ AZƏRBAYCANINDIR”

5278 10.01.2012 20:53 Ölkə A A
İmaməli Rəhmon AzTV-də tez-tez deyildiyi kimi, “Güney Qafqazın ən nüfuzlu”, “ən qüdrətli” “analoquolmayan” ölkəsinin yeganə qürur mənbəyini əlindən aldı. Rəsmi Bakı çox şeylə öyünür, lakin hamısına beynəxalq təşkilatlar, müxalifət əmma və qulp qoyur. Bayraqsa əmmasız-filansız yeganə qürur mənbəyimiz idi.
Nefti və qazı bol, demokratiyası qıt olan, prezidentləri on illərlə dəyişməyən, normal seçki  keçirilməyən varlı ölkələrdə  dünyanın ən hündür bayrağı, ən hündür binası, ən bahalı maşını kimi qiymətdə ağır, nüfuzda yüngül “möcüzələri” və oyuncaqları çox sevirlər. Yarıac, hüqüqları tapdanan xalqın başını nəyləsə qatmaq, aldatmaq lazımdı ya yox?...
Məsələn, Türkmənistanda o vaxtkı prezident Türkmənbaşının nəhəng, yerində yavaş-yavaş fırlanan heykəlləri var idi. Əsl möcüzə kimi görünürdü. Haradadı onlar indi?
Tacikistana heç varlı da demək olmaz.
Düzdür, dünyanın  ən yüksək  körpüsünü Meksika tikdi. Amma ona da çox varlı demək olmaz. Elə ona görə fikirləşirəm ki, bəlkə bu körpüyə dogrudan da ehtiyac vardı? Yəni məsələ heç “otkatda” və camaatın gözünə kül üfürməkdə deyil?
Görəsən, indi Azəzrbaycan nə edəcək?  İndi “xod” Azərbaycanındır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR