İnsanlara hürriyət, millətlərə istiqlal!

Norveçli futbolçu: 'Biz buraya qələbə üçün gəlmişik' - FOTOLAR

1241 07.10.2016 18:09 İdman A A

“Bilirik ki, Azərbaycan yığması top saxlamağı sevir. Biz də bunu etməyə çalışacağıq”. 

Musavat.com saytının verdiyi məlumata görə, bu sözləri Norveç yığmasının müdafiəçisi Haytam Aleesami deyib.

«Azərbaycan» -  «Norveç» matçından öncə təşkil olunan mətbuat konfransında çıxış edən “Palermo”nun üzvü DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək qarşılaşmanı dəyərləndirib.

O bildirib ki, Azərbaycanla oyun çox çətin keçəcək: “Çətin oyun olacaq. Biz buraya qələbə üçün gəlmişik. Buna nail olmağa çalışacağıq». 

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Norveç görüşü saat 20:00-da başlayacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR