İnsanlara hürriyət, millətlərə istiqlal!

Norveçin soyuq iqlimində “isti müharibə”nin məşqi keçirilir - Qərb mətbuatı

717 02.11.2018 13:32 Dünya A A

Xəbər verildiyi kimi, bu günlərdə Norveçdə NATO-nun irimiqyaslı təlimləri keçirlir. “Trident Juncture 2018” adı verilən təlimlərdə alyansa üzv olan 29 ölkənin hərbçiləri iştirak edirlər.

Eyni zamanda Rusiya Arktika bölgəsində raket sınaqlarına başlayıb.

“NATO və Rusiya Akrtikanın ucqarlarında müharibə oyununa başlayıblar”, - Qərb mətbuatının ümumi rəyi belədir.


“Təlimlərin əsas məqsədi potensial işğalçını müdaxilədən vaz keçirməkdir. Bundan başqa, bu rəqibə NATO üzvləri arasında kollektiv müdafiə anlayışının möhkəm olduğunu göstərmək üçündür. Bu səbəbdən iştirakçı ölkələrin say çoxluğuna xüsusi diqqət yetirilib.”,-deyə İspaniyanın “El Pais” qəzetindən Lusiya Ableyan yazır.

“The New York Times” qəzeti isə ABŞ dəniz piyadalarının təlimlərdə soyuq iqlim şəraitində döyüşməyi öyrəndiyini bildirir.

Картинки по запросу trident juncture 2018

Jurnalist Helen Kuperin Norveç dənizindən apardığı reportajda iri qoşun hissələrinin, ağır texnikanın və silahların qısa zamanda böyük məsafələrə göndərilməsi məşqlərinin keçirildiyini təsvir edir. Burada ABŞ hərbçilərinin son 20 ildə ilk dəfə merinos dərisindən çəkmə geyməsinə, bütün silahların soyuğa davamlılığı üçün hər gün yağlandığına diqqət çəkilir.

Sinqapur mənşəli “The Straits Times” qəzetində Rusiyanın Qərbin Avropadakı hərbi fəaliyyətinə müxtəlif üsullarla mane olmaq istədiyindən bəhs edilib.

Qəzetin məqaləsində ABŞ hərbi dəniz qüvvələrinin admiralı Ceyms Foqqonun dilindən NATO-nun Rusiyaya qarşı heç bir qəsdinin olmadığı fikirlərinə yer verilib.

Картинки по запросу trident juncture 2018

Lakin NATO nümayəndələrinin özləri də bu cür iri miqyaslı manevrlərin məhz Rusiya ilə münasibətlərin pisləşməsindən sonra baş tutduğunu gizlətmirlər.

Yazıda Rusiyanın buna cavab olaraq “Sarsılmaz qardaşlıq” kod adı altında Mərkəzi Asiyada hərbi təlimlərə başladığı xüsusi vurğulanıb.

“The Wall Street Journal” icmalçısı Ceyms Marson NATO-nun manevrlərinin Rusiyaya qarşı güc nümayişi olduğunu qeyd edib.

Картинки по запросу trident juncture 2018

Jurnalist şərq qonşusunun gündən-günə artan aktivliyindən qorxuya düşən Norveçin xüsusi fəallığına diqqət çəkir.

Son bir ildə NATO ABŞ-ın “Lockheed Martin Corp” şirkətindən 6 “F-35” təyyarəsi alıb. Ümumilikdə Norveçə 40 belə təyyarənin verilməsi gözlənilir. Bundan əlavə, Norveç Almaniyanın “Thyssenkrupp AG” şirkətindən 4 sualtı qayıq, “Boeing Co”dan isə 5 “R-8” patrul təyyarəsini alacaq.

Rəsmi Oslo Rusiya ilə sərhəddə xüsusi motoatıcı tabor yaradır və bunun üçün ABŞ dəniz piyadalarını da sərhəddə növbə çəkməyə dəvət edib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR