İnsanlara hürriyət, millətlərə istiqlal!

“Norveç Kiyevi silahla təmin etmək məsələsində ABŞ-a tabe olmaq məcburiyyətindədir” - Culiya Vilhelmsen

697 31.05.2022 11:15 Dünya A A

“Norveç hakimiyyəti Kiyevi silahlarla təmin etmək məsələsində ABŞ-a tabe olmaq məcburiyyətində qalıb”.

Konkret.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Norveç Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi Culiya Vilhelmsen məlumat verib.

O, Norveçin Kiyevi dəstəklədiyini və tank əleyhinə raketlər, zenith raket kompleksləri verdiyini deyib. Lakin sonrakı addımların, xüsusən də “M109” “A3GN” özüyeriyən artilleriya qurğularının Ukraynaya göndərilməsinin Norveçin öz istəyi ilə baş vermədiyinə diqqət çəkib.

“Norveçin Ukraynaya dəstək məsələsi digər NATO ölkələri və ABŞ-ın addımları kontekstində nəzərdən keçirilməlidir. Biz bilməliyik ki, Norveçin dəstəyi təbii olaraq ABŞ-ın töhfəsinə uyğundur. Onlar isə Ukraynaya daha çox ağır silahlar göndərirlər” – Vilhelmsen deyib.

Ekspertin fikrincə artıq özünümüdafiə söhbəti yoxdur. ABŞ hakimiyyəti Rusiyanı zəiflətmək məqsədini gizlətmir. Münaqişənin genişlənməsi isə supergüclər arasında qarşıdurmanın yaranmasına gətirib çıxara bilər.

“Artıq Ukraynada baş verənlər “kukla münaqişəsinə” çevrilib. Rusiya bunu ABŞ və NATO-ya müqavimət kimi qəbul edir. Amerikalıla isə öz hərbi dəstəyini Rusiyanın uzunmüddətli zəifləməsi ilə əsaslandırmağa çalışırlar” – Vilhelmsen fikirlərini tamamlayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR