Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Elsevər Məmmədov qəsəbə ərazisində «Tofaş» markalı 10-NO-125 nömrəli avtomobili idarə edən zaman saxlanılmış, avtomobillin yük yerindən Sumqayıt şəhər sakini Elməddin İsayevə məxsus «Mersedes» markalı avtomobilin 10-KJ-058 dövlət nömrə nişanları aşkar edilib. Müəyyən edilib ki, 10-NO-125 dövlət nömrə nişanı isə Bakı şəhər sakini Elşən Abbasova məxsus «Kia» markalı avtomobilə aiddir. Araşdırma zamanı «Tofaş» markalı avtomobilin S.Rəhimov küçəsində yaşayan Mahmud Məlikova məxsus 90-KL-097 dövlət nömrə nişanlı olması müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
NÖMRƏ OĞRUSU TUTULDU






