İnsanlara hürriyət, millətlərə istiqlal!

NKVD arxivlərinin açılması yenidən müzakirədə

965 12.11.2018 08:15 Ölkə A A

Ekspertlər məsələ ilə bağlı fərqli fikirdədir...

Sovet repressiyasının qurbanı olmuş şair Mikayıl Müşfiqin qalıqlarının müəyyən edilməsi işləri davam etdirilir. Bu xüsusda həmin repressiya illərində üzünə duranlarla bağlıdır.  Publika.az saytına müsahibəsində repressiya qurbanları tədqiqatçısı Aslan Kənan bildirib ki, donosçular arasında şair və yazıçılar da olublar: “Amma təkcə söhbət onlardan getmir. Təbii ki, aralarında heykəllər qoyduğumuz şair və yazıçılarımız da var. Onlar nə qədər insanın ölümünə səbəb olub. Üstəlik, təkcə repressiya vaxtı yox, sonra da bu cür işlərlə məşğul olublar. Bütün məsələlərdə arxiv sənədlər əsasında danışıram”.

Tədqiqatçı söyləyib ki,  Milli Təhlükəsizlik Nazirliyi, Milli Arxiv İdarəsinin sənədləri əsasında 1937-ci ildən hansı şair, yazıçı bir-birinin üzünə durub hamısı ilə tanışdır: “NKVD-nin (Xalq Daxili İşlər Komissarlığı - Ə. R. )zirzəmisində qələm yoldaşının üzünə duranları günahlandırmıram. Çünki onlara ağlagəlməz işgəncə verirdilər. Bir qrup isə ev almaq, əsərləri çap olunmaq, vəzifə xatirinə dostlarının üzünə dururdular. Onların çoxu tanınmış şəxslərdir”.

Aslan Kənan ile ilgili görsel sonucu

Zaman-zaman ölkədə sovet arxivlərinin açılması ilə bağlı müzakirələr olub. Lakin əksər ekspertlər hesab ediblər ki, arxivlərin açılması cəmiyyətdə rezonans doğura bilər. Təhlükəsizlik üzər ekspert İlham İsmayıl “Yeni Müsavat” bildirib ki, arxivlərin açılması, cəmiyyətdə təlatümə səbəb olar: “Bilinəndə ki, kimsə hüquq-mühafizə orqanlarına məlumat verib, bu, cəmiyyətdə çox pis bir rəy yaradacaq. Cəmiyyət təlatümə düşə bilər. Ancaq bu o demək deyil ki, sirr ömür boyu saxlanılsın. Kimsə maraqlanacaqsa, ona informasiya verə bilərlər”.

Politoloq Mübariz Əhmədoğlu ile ilgili görsel sonucu

Politoloq Mübariz Əhmədoğlu isə “Yeni Müsavat”a bildirib ki, arxivlərin açılması cəmiyyətə heç bir ajiotaj yaratmaz: “Cəmiyyətimiz bu məsələlərə kifayət qədər tolerantdır. Gürcüstanda, Ukraynada bu məsələlər kifayət qədər ajiotaj yarada bilər. Azərbaycanda isə bunun baş verəcəyini düşünmürəm. Azərbaycanın şairlərinin, mütəfəkkirlərinin elə sovet dövründə də özünəməxsus rolu olub. Deyirlər ki, Səməd Vurğun kiminsə əleyhinə gedib, yaxud da onun əleyhinə gediblər bu, dövrlə bağlıdır. Tanınmış adamlarımız sovet dövrünün təzyiqləri altında özlərini çox ləyaqətli olublar. Dövrü təhlil edəndə, həmin zamanın reallıqlarını da nəzərə almaq lazımdır. Səməd Vurğunun həmin dövrdə yazdığı bir beyti var: sığmaz idraka bu dünya evinin sirləri, varlığın hüsnü əzəldən nə böyük qüdrəti var. Sovet dövrünün şairi Səməd Vurğun deyir ki, bu dünya evinin sirləri idraka sığmaz. Lakin sovet fəlsəfəsi deyirdi ki, dünya dərk olunandı, elm inkişaf edəcək, hər şey dərk ediləcək. Baxın, Səməd Vurğun bu beyti ilə bütün sovet ideologiyasının marksizmin, elmi kommunizmin əleyhinə çıxır. Eləcə də onun ”Komsomol" poemasında da bu kimi ifadələr var. Mikayıl Müşfiq də gözəl əsərlərin müəllifidir. Lakin onun da Stalinə də, sovetin tərənnümünə həsr edilən əsərləri var. Əslində sadəcə olaraq 1937-ci il sovet repressiya maşını vardı. Tədqiqatçılar bilirlər ki, Azərbaycanda hətta Yaponiyaya agentlik edənləri axtarıb, tapıblar. Yəni bu sadəcə olaraq repressiya maşını idi. Onların konkret planları vardı ki, məsələn, bu il 5 şair Azərbaycandan asılmalıdır. Həmin planı da həyata keçirirdilər. Arxivlərin açılması hansı şairin kimin üzünə durması məsələsini, məncə şişirtməyə də ehtiyac yoxdur. Reallığa qalanda indi də həddindən çox sosial problemlərdən əziyyət çəkənlər var. Bütün bunlar əslində hakimiyyətin yox, cəmiyyətin ümumi inkişafından irəli gələn məsələlərdir ki, cəmiyyət hər zaman ortaya sual qoyur. Əvvəla məsləhət bilməzdim ki, arxivlər açılsın. Açılsa belə, hər hansı bir ajiotaj gözləmirəm".

Əli RAİS,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR