İnsanlara hürriyət, millətlərə istiqlal!

Nizami Süleymanovun qurduğu partiya da fəaliyyətini dayandırdı - MAP-ın SON BƏYANATI

1213 07.04.2023 17:07 Siyasət A A

Tanınmış alim, texnika elmləri doktoru mərhum Nizami Süleymanovun qurduğu Müstəqil Azərbaycan Partiyası (MAP) da öz fəaliyyətini dayandırmaq barədə bəyanat qəbul edib.

Musavat.com-un redaksiyasına eksklüziv olaraq göndərilən bəyanatın mətnini olduğu kimi təqdim edirik:

"1992-ci və 1998-ci illərdə Azərbaycan Respublikasında keçirilən Prezident seçkilərində xalqın böyük etimadını qazanmış dəyərli elm adamı, vətənpərvər ziyalı Nizami Süleymanovun rəhbərliyi ilə təsis edilmiş və 1993-cü ildə rəsmi dövlət qeydiyyatına alınmış Müstəqil Azərbaycan Partiyası müasir dövlətçilik tariximizdə özünəməxsus iz qoyub. Azərbaycanı güclü dövlət kimi görmək istəyən Nizami Süleymanov Müstəqil Azərbaycan Partiyasına sədrlik etdiyi müddətdə partiya üzvlərini dövlət maraqlarına xidmət etməyə təşviq etmiş və bu istiqamətdə davamlı işlər aparıb.

Müstəqil Azərbaycan Partiyasının qurucusu və sədri Nizami Süleymanov 2016-cı ildə dünyasını dəyişəndən sonra Partiya faktiki fəaliyyət göstərməyib.

Partiyamızın azsaylı üzvləri müasir Azərbaycan dövlətinin daha da güclənməsinə dəstəyimizi ifadə edərək və mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə Partiyanın fəaliyyət göstərmək iqtidarında olmadığını qəbul edərək Müstəqil Azərbaycan Partiyasının siyasi təsisat kimi fəaliyyətinə son qoyulduğunu bəyan edirik. Bu qərarı partiya üzvləri 07.04.2023-cü il tarixdə keçirilmiş Partiyanın Qurultayında qəbul edib.

Partiya üzvlərinə bundan sonrakı fəaliyyətlərində uğurlar və nailiyyətlər arzulayırıq".

WhatsApp Image 2023-04-07 at 17.02.44.jpeg (124 KB)

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR