İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nizami” məqbərəsinin ərazisindən oğurluq etmək istəyənlər yaxalanıblar

431 15.01.2019 12:19 Kriminal A A

Gəncədə polis əməkdaşlarının çevikliyi və operativliyi sayəsində oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalanıblar.

DİN-in mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, yanvarın 13-də saat 21 radələrində Gəncə şəhəri ərazisindəki “Nizami” məqbərəsinin ərazisindən artezian quyusunun metal borusunun hissəsini oğurlamağa cəhd göstərən 2 nəfər Gəncə Regional Mühafizə İdarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.

Kəpəz Rayon Polis İdarəsinə təhvil verilən həmin şəxslərin Gədəbəy rayon sakinləri Elyaz Abbasov və Elməddin Abbasov olduqları müəyyən edilib.

Araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR