İnsanlara hürriyət, millətlərə istiqlal!

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi COVID-19-la mübarizədə Bolqarıstana dəstək göstərib

352 11.05.2020 14:43 Gündəm A A

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycanın Bolqarıstandakı səfirliyinin dəstəyi ilə Bolqarıstana 1000 ədəd cərrah maskası, 100 ədəd FFP2 maskası göndərilib, əlavə olaraq 50 ədəd test və 50 ədəd qoruyucu geyim ilə Bolqarıstan tərəfinin təmin edilməsi nəzərdə tutulur.

Azərbaycanın Bolqarıstandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Mərkəz tərəfindən göndərilən ianələr barədə məlumat Bolqarıstanın aparıcı KİV-lərində işıqlandırılıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri doktor İsmayıl Serageldin Bolqarıstanın "24 Часа" qəzetinə verdiyi müsahibədə Bolqarıstana göstərilən bu dəstəyin dünyada COVID-19 pandemiyasının yayıldığı çətin bir dövrdə tərəfdaşlar arasında həmrəyliyin gücləndirilməsinə töhfə verdiyini bəyan edib. O, bütün səylərin birləşəcəyi təqdirdə pandemiyanın yaratdığı böhranın nəticələrinin ən tez və effektiv şəkildə aradan qaldırıla biləcəyini söyləyib. Bu istiqamətdə müsbət nəticələrin əldə edilməsi üçün Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən bütün maraqlı tərəfdaşlarla işin davam etdiriləcəyi vurğulanıb.

Qeyd edək ki, 2012-ci ildə təsis edilmiş və qərargahı Bakıda yerləşən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri arasında Bolqarıstanın sabiq prezidentləri Rosen Plevneliyev və Petar Stoyanov da var. Sabiq prezident Georgi Pırvanov isə Mərkəzin üzvüdür. Mərkəz tərəfindən Azərbaycan Respublikasının Prezidentinin himayəsi ilə Bolqarıstan da daxil olmaqla, dünya ölkələri liderlərinin iştirakı ilə yeddi Qlobal Bakı Forumu keçirilib. Ümumiyyətlə, Mərkəzin yaranmasından ötən dövr ərzində təşkil edilən tədbirlərdə 87 ölkədən 5000-dən çox yüksək səviyyəli nümayəndə iştirak edib.

 15890103245105233844_1000x669.jpg (333 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR