İnsanlara hürriyət, millətlərə istiqlal!

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ABŞ senatoru Con Makkeynin xatirəsini yad edib - Foto və video

750 08.10.2019 07:30 Mədəniyyət A A

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi XVI Beynəlxalq Mükafatının təqdimatın keçirilib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin qərarı ilə XVI Nizami Gəncəvi Beynəlxalq Mükafatı ABŞ-ın sabiq Senatoru Con Sidney Makkeyn III-in xatirəsinə həsr olunub.

Musavat.com -a verilən məlumata görə, dünyanın nüfuzlu siyasətçilərinin və içtimai xadimlərinin iştirakı ilə ABŞ-ın Nyu -York şəhərində təşkil olunan mərasimdə Mərkəzin həmsədri, Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freiberga, Robert F Kennedi İnsan Hüquqları Fondunun Prezidenti xanım Kerri Kennedi, İsrailin sabiq baş naziri Ehud Barak, Exxon Mobilenin sabiq vitse -prezidenti xanım Jean Baderşnayder, Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliev və Mərkəzin Baş katibi Rövşən Muradov və sabiq Senator Con Makkeynin xanımı Sindi Makkeyin çıxış ediblər.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin öncəki mükafatçıları Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti xanım Mehriban Əliyeva, İordaniya Kralı Abdullah II, Əfqanıstan Prezidenti Əşrəf Qani, ABŞ sabiq Dövlət Katibi Henri Kissinger, İsveç Kraliçası Silviya, Türkiyənin sabiq Prezidenti Süleyman Dəmirəl, Robert F Kennedi İnsan Hüquqları Fondu, İngiltərənin sabiq Baş naziri Margaret Tetçer, ABŞ sabiq Prezidenti Bill Klinton kimi dünya miqyasında simalar olublar.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR