İnsanlara hürriyət, millətlərə istiqlal!

Niyə Azərbaycanda muzdlu işçilərin çoxu dövlət sektorundadır?

278 18.03.2025 15:23 İqtisadiyyat A A

Cənubi Qafqaz ölkələri arasında dövlət sektorunda çalışan muzdlu işçilərin payının ən yüksək həddi Azərbaycandadır.

Musavat.com xəbər verir ki, bu məlumatı iqtisadçı-ekspert Samir Əliyev açıqlayıb.

Onun sözlərinə görə, ölkə üzrə muzdlu işçilərin yarıdan çoxu dövlət mülkiyyətinin payına düşür. Bura dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və dövlət şirkətlərində işləyənlər daxildir:

“Halbuki qonşu Ermənistanda bütün muzdlu işçilərin üçdə biri, Gürcüstanda isə dörddə biri dövlət sektorunda çalışır. Son illər Azərbaycan və Ermənistanda dövlət sektorunun payının azalması, Gürcüstanda isə artması tendensiyası müşahidə edilir. Məsələn, 2018-2023-cü illərdə dövlət sektorunun payı Azərbaycanda 57 faizdən 51,7 faizə, Ermənistanda 35,3 faizdən 29 faizə (2024-cü ildə hətta 27,9 faiz olub) düşdüyü halda Gürcüstanda 23.1 faizdən 24 faizə yüksəlib.

SAMIR.jpg (52 KB)

Ümumiyyətlə götürdükdə, muzdlu işçilərin böyük hissəsinin dövlət sektorunda olması o deməkdir ki, dövlət iqtisadiyyatda dominant rola malikdir, dövlət büdcəsinin sosial yükü yüksəkdir, iqtisadiyyatda liberallaşma aşağı səviyyədir, rəqabət çox aşağıdır və özəl sektor zəif inkişaf edib. Bu hal uzunmüddətli perspektivdə iqtisadi inkişaf üçün dayanıqlı hesab olunmur, çünki innovasiya və rəqabətlilik daha çox özəl sektorda yaranır”.

Ekspert muzdlu işçilərin dövlət sektorunda payının yüksək olmasının səbəblərini də açıqlayıb:

“Azərbaycanda dövlət sektorunda çalışanların payının özəl sektordan çox olmasının əsas səbəbi dövlətin qolunu çırmalayıb bizneslə məşğul olmasıdır. Xırda istisnalarla ölkənin neft-qaz, kommunal, nəqliyyat sektoru dövlətin idarəetməsindədir. Eyni zamanda özəl sektorda ağarmanın tam olmaması da səbəblərdən biridir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR