Müğənni Niyam Salami ARB televiziyasında aparıcı kimi fəaliyyətə başlayır.
Musavat.com xəbər verir ki, müğənninin təqdim edəcəyi veriliş "Salami şou" adlanır. Əyləncəli və şou xarakterli verilişdə Niyam Salami ilə yanaşı Eldəniz İsrafilov də aparıcılıq edəcək.
Verilişin ilk qonağı müğənni Rəhim Rəhimli olacaq.
Könül,
Musavat.com






