5 mart - Bədən tərbiyəsi və İdman günü NIKOIL | Bank-ın əməkdaşı Həsən Quliyev karatedəki idman nailiyyətlərinə görə Yasamal rayonu Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanla təltif edilib.
Qara kəmər və ikinci dan sahibi olan Həsən Quliyev 1974-ci ildə dünyaya gəlib. O, karate ilə hələ məktəb illərində maraqlanmağa başlamışdır və 2000-ci ildən isə artıq peşəkar səviyyəyə keçmişdir. Həsən Quliyev şotokan - karate idman növündə +85 kq çəki üzrə Azərbaycan çempionu (2013), üç qat Avropa çempionu (2013, 2014 və 2015) və iki qat Dünya çempionudur (2013, 2014). 2016-ci ildə Həsən idman ustası dərəcəsi almışdır.
Qarabağ müharibəsi veteranı, Həsən Quliyev iyirmi ildən artıqdır ki, NIKOIL | Bank – ın əməkdaşıdır. Eyni zamanda o, özəl məşqçi olaraq da fəaliyyət göstərir.






