Nəhəng idman geyimləri şirkəti olan Nike üzərində insan qanı olan "Şeytan ayaqqabılar"a görə MSCHF şirkətini məhkəməyə verib.
Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, Nyu-Yorkun Bruklyun səmtində yerləşən, sənət kollektivi kimi tanınan MSCHF şirkəti bu günlərdə dabanında 60 sm-lik qırmızı mürəkkəb və bir damla insan qanı olan 666 cüt "Şeytan ayaqqabıları" (Satanic Shoes") istehsal edib.
Nike şirkətinin "Air Max 97" modelinə bənzəyən, 1018 dolara satılan ayaqqabıların üzərində "Luke 10:18" yazısı var. Bu yazı Lukanın İncilindən bir hissədir: "Şeytanın göydən ildırım kimi düşdüyünü gördüm". Həmçinin ayaqqabının üzərində tərs xaç və pentaqram işarəsi qoyulub.
MSCHF ayaqqabıları satmaq üçün məşhur rep ifaçısı Lil Nas X ilə işbirliyi qurub. Repçi həmin ayaqqabıları "YouTube"də yayınlanan yeni "Montero" adlı klipində geyinib. Klipdə Lil Nas X-in cənnətdən cəhənnəmə gəlib, bir striptiz dirəyindən aşağı düşdüyü əks olunur.
Məlumata görə, ayaqqabılar satışa çıxarılan kimi bir neçə dəqiqə içərisində satılıb.
Nike adı çəkilən ayaqqabılarda onun markasından istifadə edildiyini bildirərək, məhkəməyə müraciət edib. Nike MSCHF şirkətindən bu ayaqqabıların satışını dayandırmasını və məşhur "Swoosh" işarəsindən istifadə etməməyi tələb edib.
MSCHF şirkəti isə "Nike bu ayaqqabını dizayn və ya istehsal etməyib", deyə cavab verib.
Xalidə Gəray
Musavat.com






