İnsanlara hürriyət, millətlərə istiqlal!

"Nijni Novqorod"un ukraynalı futbolçusu Rusiya bayrağından üz çevirib

1357 19.08.2018 17:05 İdman A A

"Nijni Novqorod" klubunun futbolçusu Vitali Fyodorov Rusiya bayrağından nümayişkaranə şəkildə üz çevirib.

"Report"un məlumatına görə, ukraynalı müdafiəçi bu addımı Rusiya I Divizionunun VII turunda "Soçi" komandası ilə matçdan öncə atıb.

30 yaşlı oyunçu Rusiya himni çalındığı vaxt tribunaya tərəf baxmaqda davam edib. Qalan futbolçular və hakimlər isə Rusiya bayrağına tərəf çevriliblər. Görüş "Soçi"nin qələbəsi ilə yekunlaşıb - 1:0.

Vitali Fyodorov Kiyev "Dinamo"sunun yetirməsidir. O, "Nijni Novqorod"da bu ildən çıxış edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR