İnsanlara hürriyət, millətlərə istiqlal!

Nihad Doğanın Türkiyədə gənc qızın qətlinə qeyri-insani reaksiyası Azərbaycanda da qınanır

1663 17.02.2015 15:35 Ölkə A A
Türkiyənin tanınmış müğənnisi Nihad Doğanın 20 yaşlı Özgecan Aslanın qəddarcasına öldürülməsinə qeyri-insani reaksiyası Azərbaycanda da qınaqla qarşılanıb.

AZXEBER.COM xəbər portalının baş redaktoru Hacıbəy Heydərli Türkiyə mediasına bu qanlı olaya və Nihad Doğanın gözlənilməz mövqeyinə Azərbaycanda verilən reaksiya ilə bağlı açıqlama verib.

Açıqlama Türkiyənin nüfuzlu "Hürriyet" qəzeti, Doğan Haber Ajansı, sondakika.com və bir çox xəbər portalında yayımlanıb. 

Baş redaktor deyib ki, türkiyəli müğənni Nihat Doğanın qardaş ölkədə baş verən və ölkənin gündəm mövzusu olan 20 yaşlı Özgecan Aslanın öldürülməsinə qeyri-insani reaksiyası Azərbaycanda da narazılıq doğurub: "Bu açıqlama qardaş Türkiyədə olduğu kimi Azərbaycanda da birmənalı qarşılanmadı və bu xəbərə 1 saat ərzində yüzlərlə şərh gəldi, həmyerlilərimiz türkiyəli qardaşlarımızın yanında olduğunu yazdılar. Türkiyədə baş verən bütün hadisələr kimi bu dəhşətli cinayət də ölkəmizdə həssas qarşılandı". 

Müğənninin "Siz də mini ətək geyinib, soyunub bu sistemin əxlaqsızlaşdırdığı insanlar tərəfindən təcavüzə məruz qalınca da bas-bas bağıra bilməyəcəksiz’’ sözlərinə reaksiya verən baş redaktor deyib ki, Azərbaycan sosial şəbəkə istifadəçiləri bu sözlərə görə müğənnini kəskin qınayıblar.

Qeyd edək ki, xəbəri Türkiyə cəmiyyətinə çatdıran Doğan Haber Ajansının Azərbaycan nümayəndəsi Ali Kan da öz növbəsində Azərbaycan toplumuna bu məsələyə həssas yanaşdığına görə təşəkkürünü bildirib. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR