İnsanlara hürriyət, millətlərə istiqlal!

Nigeriyanın cənubunda ABŞ səfirliyinin əməkdaşları öldürülüb

341 17.05.2023 12:08 Dünya A A

Nigeriyanın cənubundakı Anambra əyalətində ABŞ səfirliyinin bir neçə əməkdaşı öldürülüb.

Musavat.com xəbər verir ki, bu barədə çərşənbə axşamı Nigeriyanın Daily Trust (“Daily Trust”) qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Amerika səfirliyinin əməkdaşları humanitar missiya ilə Anambra ştatında olublar. Onların karvanı Oqbaru qəsəbəsi yaxınlığında atəşə tutulub.

“Hücum nəticəsində 4 nəfər həlak olub, digərləri yaralanıb”, - deyə təhlükəsizlik mənbəsi Daily Trust-a bildirib. Nəşr həmçinin hadisə yerinə təhlükəsizlik qüvvələrinin göndərildiyini bildirir.

Bu günə qədər ABŞ səfirliyinin əməkdaşlarının ölümünün rəsmi təsdiqi yoxdur.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR