Nigeriyada terrorçuların bazara silahlı hücumu nəticəsində ölənlərin sayı 22-yə çatıb.
APA-nın məlumatına görə, bu barədə "Sinhua" agentliyinin yaydığı xəbərdə deyilir.
Bildirilir ki, hücum nəticəsində 28 nəfər yaralanıb.
****
Nigeriyada terrorçular bazara silahlı hücum edib.
APA-nın "PM News" saytına istinadən verdiyi məlumata görə, nəticədə 15 nəfər ölüb, 18 nəfər yaralanıb.
Yaralanan şəxslər xəstəxanalara yerləşdirilib.
Bildirilir ki, hücumda üç nəfər iştirak edib.






