İnsanlara hürriyət, millətlərə istiqlal!

Nigeriyada çoxmərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı artıb

492 02.11.2021 22:14 Dünya A A

Nigeriyanın ən böyük şəhəri Laqosda 21 mərtəbəli binanın uçması nəticəsində ölənlərin sayı 15-ə çatıb.

Musavat.com Report-a istinadən xəbər verir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.

Fövqəladə Hallar üzrə Dövlət Agentliyinin sözçüsü İbrahim Farinloye agentliyə bildirib ki, dağntılar altından 9 nəfər sağ-salamat çıxarılıb.

Noyabrın 1-də Laqosun dəbdəbəli İkoye rayonunda tikilməkdə olan 21 mərtəbəli bina uçub. Bundan əvvəl xilasedicilər hadisə yerinə yaxın olan bir neçə nəfəri təxliyə ediblər. Onların bəziləri ağır xəsarətlər alıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR