Nigeriya futbolçuları biletləri alınmadığından Rio-de-Janeyroya uça bilmirlər
Nigeriyanın kişilərdən ibarət futbol yığması biletlərinin alınmaması səbəbindən təlim-məşq toplanışında olduqları Atlantadan (ABŞ) Yay Olimpiya Oyunlarının keçirildiyi Rio-de-Janeyroya uça bilmirlər.
"Report" BBC-yə istinadən xəbər verir ki, Nigeriya yığmasının 2016-cı il Olimpiadasında ilk matçı cümə günü Bakı vaxtı ilə 7:00-a planlaşdırılıb. Nigeriyalıların start oyunda rəqibi Yaponiyadır. "Nigeriyanın İdman Nazirliyindən çarter reysinin pulları komandanı daşımaqdan imtina edən aviaşirkətin hesabına daxil olmayıb", - deyə Nigeriya Futbol Federasiyası rəhbərliyinə yaxın olan mənbə bildirib.
Olimpiya Oyunları 5-21 avqust tarixlərində Rio-de-Janeyroda keçiriləcək.






