Əməkdar artist Nigar Şabanova hərbiçi nişanlısı ilə fotosunu paylaşıb.
Musavat.com xəbər verir ki, sənətçi nişanlısından ayrılması barədə yayılan xəbərlərə bu cür son qoyub. O, fotoda nişanlısının üzünü gizlədib.
Qeyd edək ki, Nigar Şabanova bir müddət əvvəl XTQ giziri Xəyal ilə nişanlanıb. Cütlüyün toyu pandemiyadan sonraya planlaşdırılır.
Könül
Musavat.com






