İnsanlara hürriyət, millətlərə istiqlal!

Niderlandda etiraz aksiyasında 100-dən çox insan saxlanılıb

Niderland polisi COVID-19 epidemiyası ilə mübarizə çərçivəsində ölkə hakimiyyəti tərəfindən tətbiq edilmiş sərt məhdudlaşdırıcı tədbirlərlə əlaqədar Amsterdamda keçirilən etiraz aksiyasında iştiraka görə onlarla insanı saxlayıb.

“Report” xəbər verir ki, bu barədə bazar günü Niderlandın Teleradioyayım Korporasiyası (NTK) bildirib.

Polisin məlumatına görə, şəhər hakimiyyəti tərəfindən qadağan olunmuş aksiyada ümumilikdə 1,5 min insan iştirak edib. Asayiş keşikçiləri nümayişçiləri dağıtmaq üçün yanğınsöndürmə nasoslarından və dəyənəklərdən istifadə etməli olublar. Aksiya zamanı 100-dən çox insan hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələblərinə tabe olmaqdan imtina etdiklərinə görə saxlanılıb.

“Muzey” meydanında nümayişin dağıdılmasından sonra polislə etirazçılar arasında toqquşmalar davam edib. Aksiyaçılar şəhərdə yanğınlar törədiblər.

Problemlər Eyndhovendə də müşahidə olunub. Polis əməkdaşları bu şəhərdə də yanğınsöndürmə nasoslarından və dəyənəklərdən, həmçinin gözyaşardıcı qazdan istifadə etməli olublar.

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Mart 2021

BÜTÜN XƏBƏRLƏR