NİDA-çıların işində yenilik
Vəkilin sözlərinə görə, həbsdən ötən 3 ay yarım müddətində ilk dəfə olaraq istintaq hərəkəti onun iştirakı ilə keçirilib: “Tanış olmaq üçün müstəntiq bizə 3 ekspertiza rəyi təqdim etdi. Onlardan biri ”Molotov kokteyli" adlanan şüşələrin içindəki mayenin tərkibi, digəri guya Rəşad Həsənovun kirayə qaldığı mənzildə tapılmış əski və şarların həmin şüşələrdəki əski parçaları və şarları, sonuncu rəy isə narkotik maddələrin tərkibi barədə idi. Biz hesab edirik ki, tədqiq olunmuş əşyaların heç birinin Rəşad Həsənova aidiyyəti yoxdur. Mən Rəşad Həsənovla bağlı keçirilən məhkəmə proseslərində, habelə mətbuata müsahibələrimdə dəfələrlə bildirmişəm ki, “Molotov kokteyli” partlayıcı deyil, alışdırıcı əşya olduğundan NİDA-çılara qarşı Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə ittiham verilməsi absurddur və qərəzin bariz nümunəsidir. Bu fikirlər səslənəndən sonra görünür, istintaq öz səhvini anlayıb. Lakin bu səhvi düzəltmək üçün ittihama xitam vermək əvəzinə, digər üsula əl atıb - həmin butulkaların ikisi “partlayıcı qurğu”ya çevrilib".
Vəkilə görə, istintaq çox ciddi bir məqamı unudub: “Məsələ ondadır ki, bu şüşələrin videoları və fotoşəkilləri telekanallarda, digər mətbuat vasitələrində nümayiş olunub. Göstərilən şüşələr arasında üzərində şpris olan bir şüşə belə görmədim. Bundan başqa, ANS və digər telekanallarda Baş Prokurorluq və MTN adından yayımlanmış məlumatlarda ”tez alışan maddə ilə dolu şüşə qabların “Molotov kokteylləri” ifadəsi işlənib. Yəni o zaman yayımlanmış xəbərlərdə üzərində partlayıcı qurğu olan butulkalar barədə məlumat olmayıb. Olsaydı xəbərlərdə və videolarda əks edilərdi. Görünür, o zaman istintaq məlumatsız imiş ki, “Molotov kokteylləri” partlayıcı qurğu olmadıqlarından, onların saxlanılması cinayət tərkibi yaratmır. Onu da qeyd edim ki, istintaq hər zaman 22 butulka tapıldığını qeyd etsə də, nədənsə ekspertizaya 21 butulka təqdim edib. Görünür, istintaq buna da aydınlıq gətirməli olacaq". Vəkil digər ekspert rəyi də çox ziddiyyətli olduğunu, sonuncu - narkotik maddələr barədə rəyin isə onlar üçün maraqsız olduğundan ona geniş şərh vermək istəmədiyini dedi.
NİDA-çı Üzeyir Məmmədlinin vəkili Yalçın İmanov isə müvəkkilinin işi ilə əlaqədar Bakı Apelyasiya Məhkəməsinə şikayət verdiklərini bildirdi: “İyunun 22-də Üzeyir Məmmədlinin həbs müddəti Nəsimi Məhkəməsinin qərarı ilə daha üç ay uzadılıb. Bununla bağlı apelyasiya şikayəti vermişik”.
Həbsdəki digər NİDA-çı Məhəmməd Əzizovun vəkili Fariz Namazlı istintaq hərəkətinin aparılmadığını söylədi: “Məhəmmədin təkrar dindirilməsi və əvvəlki ifadəsindən imtina etməsi ilə bağlı verilən vəsatətlərə hələ ki rəsmi cavab verilməyib. Həmin vəsatətlərlə bağlı şikayət verəcəyik. Daha sonra MTN-də saxlanılarkən işgəncəyə məruz qalması ilə bağlı verdiyimiz şikayətdən cinayət işinin başlanılması ilə bağlı rədd olunması barədə qərardan da şikayət hazırlayırıq”.
Qeyd edək ki, NİDA Vətəndaş Hərəkatının 7 üzvü - Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Zaur Qurbanlı və Rəşad Həsənov qanunsuz olaraq həbs olunublar. Beynəlxalq “Amnesty İnternational” təşkilatı gəncləri vicdan məhbusu elan edib.
Bu arada Azad Gənclik Təşkilatının həbsdə olan üzvü İlkin Rüstəmzadənin atası Bakir Rüstəmzadə ötən bazar oğlu ilə görüşdüyünü bildirdi: “İlkinin səhhətində, saxlanma şəraitində heç bir problem yoxdur, əhval-ruhiyyəsi yerindədir. ”Yeni Müsavat" qəzetinin əməkdaşlarına salam göndərdi".
Gəncin bacısı Nərgiz Rüstəmzadə isə qardaşının yetərincə müdafiə olunmadığını vurğuladı: “Çox istərdim ki, beynəlxalq təşkilatların İlkinlə görüşü alınsın. Bu yaxınlarda xarici təşkilatlar təcridxanada siyasi məhbuslarla görüşüb, ancaq İlkinlə yox”. Məhbus gəncin vəkili Nemət Kərimli isə istintaqın İlkin Rüstəmzadəni tamamilə unutduğunu söylədi.