İnsanlara hürriyət, millətlərə istiqlal!

Nicat Kazımovun yubileyinə həsr olunan film təqdim olunub FOTO

1024 31.03.2023 16:41 Mədəniyyət A A

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor, aktyor, Əməkdar artist Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan "Yaşanan yarım əsr" adlı sənədli filmin təqdimatı olub.

Musavat.com bildirir ki, təqdimatda incəsənət xadimləri, teatr və kino sahəsinin tanınmış nümayəndələri iştirak ediblər.

Nicat Kazımov yaradıcı heyətə və tədbir iştirakçılarına təşəkkür edərək, məmnunluğunu bildirib. Sonra "Yaşanan yarım əsr" adlı sənədli film nümayiş olunub.

Qeyd edək ki, N.Kazımovun həyat və yaradıcılığının müxtəlif dövrlərini əks etdirən sənədli filmin ssenari müəllifi və quruluşçu rejissoru Vüsal Əsgərov, quruluşçu operatoru Teymur Məmmədov, montaj rejissoru Firdovsi Nəbiyev, səs operatoru Nicat Cəbrayılov, qrim üzrə rəssamı Vüsalə Abbasova, prodüseri Əməkdar artist İlham Əsədovdur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR