İnsanlara hürriyət, millətlərə istiqlal!

Neymar model zorlama ilə bağlı ittihamlar üzündən məhkəmə önünə çıxmayacaq

374 30.07.2019 12:31 Dünya A A

Braziliya millisinin və Fransanın PSJ klubunun futbolçusu Neymara zorlama ilə bağlı ittiham irəli sürülməyəcək.

APA-nın məlumatına görə, polis araşdırması zamanı 27 yaşlı hücumçunun cinayət törətməsi ilə bağlı heç bir sübut üzə çıxmayıb.

Əvəzində futbolçunu ittiham edən qızın ifadələrində bir-birinə zidd fikirlər aşkarlanıb. Bununla da Neymarın üzərindən bütün şübhələr götürülüb və o, məhkəmə önünə çıxmayacaq.

Qeyd edək ki, braziliyalı model Najila Trindadi Neymarı zorlamada ittiham edirdi. O, mayın 15-də Parisdəki otellərin birində futbolçu tərəfindən zorakılığa məruz qaldığını əsas gətirirdi. Model San-Paulunun polis bölməsinə şikayət yazsa da, Neymar ilk gündən ittihamları təkzib edib və bütün bunların pul qopartmağa xidmət etdiyini bildirirdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR