Böyük Britaniyada keçirilən parlament seçkilərində səsvermə baş çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, seçki məntəqələri yerli vaxtla 22.00-da (Bakı vaxtı ilə 01.00-da) bağlanıb.
Səsvermənin yekun nəticələri iyunun 9-da elan ediləcək.
Seçkilərin yekunlarına əsasən Nazirlər Kabinetinin tərkibi müəyyən ediləcək və parlamentin İcmalar Palatası formalaşdırılacaq. Seçkilər ərəfəsi keçirilmiş sorğular seçicilərin Leyboristlər Partiyasından daha çox Mühafizəkarlar Partiyasına üstünlük verdiyini (4-9%) müəyyənləşdirib.
Seçilən parlamentarilər iyunun 13-də and içəcəklər. Yeni parlament kraliçanın iştirakı ilə keçiriləcək rəsmi mərasimdən sonra iyunun 19-da işə başlayacaq.
***
Böyük Britaniyada keçirilən növbədənkənar parlament seçkilərində, "exit poll"un nəticələrinə görə, İcmalar Palatasında əksəriyyəti itirməklə Mühafizəkarlar Partiyası liderlik edir.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, baş nazir Tereza Meyin rəhbərlik etdiyi Tori (Siyasi partiya) parlamentdə 314, Viqi isə 266 yer almaqdadır.
***
Açılan səs sayılarına görə, Böyük Britaniyada keçirilən növbədənkənar parlament seçkilərində iqtidar partiyası təkbaşına hökumət qurmaq üçün lazım olan 326 deputat sayına çata bilməyib.
Musavat.com-un məlumatına görə, hakim Mühafizəkarlar partiyası parlamentdə 314 yer ala biliblər. Ana müxalifətdəki İşçi Partiyası 266 deputatla parlamentdə təmsil olunacaq.
Qeyd edək ki, 2015-ci ildə keçirilən parlament seçkilərində Mühafizəkarlar partiyasının 330 deputatlığa namizədi uğur qazanmış və partiya təkbaşına hökuməti qurma yetkisinə sahib olmuşdu.
Xatırladaq ki, seçkilərdə ümumilikdə 47 milyon vətəndaş səs verib.
***
Böyük Britaniyanın Mühafizəkarlar partiyası vaxtından əvvəl keçirilən parlament seçkilərində liderlik edir.
APA-nın xəbərinə görə, hazırda mühafizəkarlar 292, leyboristlər isə 248 mandat əldə ediblər. Şotlandiya Milli Partiyası 33, Liberal Demokratik Partiyası 11 mandat əldə edib. Digər partiyalar isə 21 mandat qazanıb. Səslərin hesablanması davam etdirilir.
Qeyd edək ki, keçirilmiş yeganə “exit poll”un nəticələrinə görə, mühafizəkarlar 650 mandatdan 314-nü əldə edərək seçkilərdə liderliyi ələ alıblar. Lakin parlamentdə mütləq çoxluğa nail olmaq üçün onlara daha 12 yer gərəkdir. “Exit poll”un nəticələrinə görə, Leyboristlər partiyası 266 mandat əldə edib, Şotlandiya Milli Partiyası 34 mandatla üçüncü, Liberal Demokratik Partiyası 14 yerlə dördüncü pillədə qərarlaşıb. Sağçı Müstəqillik partiyası parlamentdə heç bir yer əldə etməyib. Digər partiyalar isə 22 mandat qazanıb.






