İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu "Qəzzaya nüvə bombası ataq" deyən naziri iclasdan QOVDU

1953 05.11.2023 13:50 Son xəbər A A

İsrailin irsi işləri üzrə naziri Amixiya Eliyaxunun adı ciddi skandala qarışıb.

Musavat.com caliber.az saytına istinadən xəbər verir ki, o, Kol B'Rama radiosuna verdiyi müsahibədə humanitar yardımın Qəzzaya niyə gətirilməməsinin səbəbini bu sözlərlə izah edir:

Müsahibi: Qəzza ilə nə etmək lazımdır? Atom bombası atmaq?

Amixai Eliyahu: Bu, variantlardan biridir.

Baş nazir Netanyahu isə Eliyaxunun sözlərinin reallıqdan uzaq olduğunu söyləyib.

Eliyaxun qeyri-müəyyən müddətə kabinet iclaslarından kənarlaşdırılıb. Müxalifət lideri Yair Lapid nüvə zərbəsi ilə bağlı söhbəti “dəhşətli və çılğınlıq” adlandırıb və Netanyahunu Eliyaxunu istefaya göndərməyə çağırıb.

"Yaxşı ki İsrailin təhlükəsizlik bu adamlara tapşırılmayıb", - deyə müdafiə naziri Yoav Gallant deyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR