İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi elçisi ilə görüşüb

307 20.09.2019 23:48 Dünya A A

İsrailin Baş Naziri Benyamin Netanyahu Qüdsdəki iqamətgahında ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi elçisi Ceyson Qrinblattla görüşüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail Baş Nazirinin ofisi məlumat yayıb.

Gündəliyi açıqlanmayan görüşdə İsrailin ABŞ-dakı səfiri Ron Dremer və ABŞ-ın İsraildəki səfiri Devid Fridman da iştirak edib.

İsrail mətbuatının xəbərinə görə, xüsusi nümayəndə C. Qrinblattın İsrailin “Mavi və Ağ” partiyasının lideri Benni Qantzla da görüşü gözlənilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR