İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nəsli kəsilən heyvanlar, qapalı qapı arxasında ölən insanlar” – Tarixin ən böyük yanğınları haqqında qorxunc FAKTLAR

1457 14.02.2021 13:08 Siyasət A A

Tarix boyu yanğınlar insan ölümlərinə və bir çox qlobal hadisələrin gedişatında böyük dəyişikliklərə səbəb olub. Bəzi yanğınlar sadəcə olaraq alovun dağıdıcı gücünü ortaya qoyub. Bəziləri isə dəhşətli dağıntılardan sonra müxtəlif islahatlara və daha yaxşı tikintilərə səbəb olub.

Musavat.com tarixi dəyişdirən böyük yanğınlar haqqında faktları təqdim edir.

İsgəndəriyyə kitabxanasının yandırılması

Tarixi dəyişdirən yanğınlardan danışanda dərhal İsgəndəriyyə kitabxanası yada düşür. İsgəndəriyyə kitabxanası indiki Misir dövləti ərazisində yerləşən, qədim tarixin ən böyük və ən vacib kitabxanalarından və “İsgəndəriyyə Museyonu” adlı elmi-mədəni mərkəzin böyük tərkib hissəsindən biridir.

İskenderiye Kütüphanesi’nin yakılması

Bəzi mənbələrə görə, İsgəndəriyyə kitabxanasına vurulan ilk zərər eramızdan qabaq 48-ci və 47-ci illərdə Yuli Sezarın da iştirak etdiyi VII Kleopatra ilə qardaşı VIII Ptolomey arasında çəkişmələr nəticəsində baş verib və kitabxanın böyük bir hissəsi yanğından xeyli zərər görüb.

Bu kitabxananın içində saysız-hesabsız sərvət var olub. Kitabxanada Assuriya, Yunanıstan, İran, Misir və Hindistandan yarım milyon perqamentdə saxlanılan qədim dünya məlumatları olub.

Antik dövrün Seneka Lutsius Anneus, Pol Orosios və Dio Kasius kimi bir çox tanınmış yazıçı-alimləri öz yazılarında həmin hadisə nəticəsində 400.000-ə yaxın kitabın məhv olduğunu iddia edirlər.

Yunan tarixçisi Plutarx bu hadisəni belə şərh edir:

“Düşmən onun (Yuli Sezarın) dəniz ilə əlaqəsini kəsməyə cəhd edən zaman o, bu təhlükədən sovuşmaq üçün öz gəmilərini yandırmağa məcbur qalır və bunun nəticəsində bərələrdən başlamış yanğın buradan da idarəolunmaz şəkildə kitabxanaya keçib, onun məhv olmasına səbəb olur”.

Romalı tarixçi Alus Gelusun "Attik Gecələr" adlı kitabına əsasən təxmin edilən digər yanğın isə eramızın II əsrində şəhərin blokadası zamanı Sezarın ordusu tərəfindən təsadüf nəticəsində baş verib.

Lissabon yanğını 1755 ile ilgili görsel sonucu

Lissabon yanğını

1755-ci ildə Lissabonda əsl fəlakət baş verib. Hər şey böyük zəlzələnin baş verməsi və nəticədə şəhərin üzərinə sunami çökməsi ilə başlayıb. Bundan sonra Lissabonda yanğın başlayıb və nəticədə çox sayda binalar məhv olub. Faktiki olaraq, şəhər yarıya qədər dağılıb, 40 min insan həlak olub. Ümumilikdə 100-dən çox kilsə, eləcə də kral sarayı daxil olmaqla çoxlu sayda saray yanıb.

Tarihi değiştiren yangınlar

Böyük London Yanğını

Böyük London yanğını 1666-cı il 2 sentyabrda Londonun orta məhəllələrində başlayaraq, 5 sentyabr çərşənbə gününə qədər şəhəri təsiri altına alan və şəhər tarixindəki ən böyük yanğın fəlakətidir. Yanğın şəhərin qədim Roma divarlarının əhatə etdiyi daxili hissələri əhatə edib, Uestminister rayonu (indiki Uest-End), Uaytholl sarayı, bir çox şəhər ətrafı xarabalıqlar üçün təhlükə yaradıb.

Fəlakət nəticəsində 13.500 ev, 87 kilsə (hətta Müqəddəs Pavel kafedralı), hökumət binalarının əksər hissəsi yanıb. Hesab olunur ki, Böyük London yanğını 70 mindən çox insanın sığınacaqdan məhrum olmasına səbəb olub.

Arxeoloqlar tərəfindən yanğının başladığı Puddinq-Leyndə tapılan və hal-hazırda London muzeyində nümayiş olunan ərimiş dulusçuluq nümunəsi fəlakət zamanı temperaturun 1250 °C-yə qalxdığını göstərib.

Bəziləri bu yanğının əcnəbilər, hollandlar və ya fransızlar tərəfindən törədildiyini hesab edirdilər. Hər iki ölkə həmin dövrdə gedən İkinci ingilis-holland müharibəsində İngiltərənin düşmənləri idi.

Moskva yanğını 1812 ile ilgili görsel sonucu

Moskva yanğını

Moskvadakı böyük yanğın 1812-ci ildə şəhər fransızlar tərəfindən ələ keçirildikdə başlayıb. Güclü külək nəticəsində yanğın sürətlə yayılıb. Hadisə nəticəsində 9151 yaşayış evinin 6496-sı, 329 məbədin 122-si məhv olub. 2000-ə qədər yaralı Rusiya əsgəri yanğında həlak olub. Teatrlar, kitabxanalar və digər mühüm binalar məhv olub.

Tarihi değiştiren yangınlar

Böyük Çikaqo yanğını

Tarixi dəyişdirən yanğınlar arasında yer alan Böyük Çikaqo Yanğını 8-10 oktyabr 1871-ci ildə baş verib. Bu yanğında 300 nəfər ölüb, 90 mindən çox insan evsiz qalıb. Şəhərin üçdə biri dağılıb.

Yanğından sonra şəhərdəki yenidənqurma işləri iş dünyası üçün böyük bir məzkəz halına gəlib. 10 milyon dollardan çox pul cəmiyyətə bağışlanıb. Bu böyük yanğın bir fermada baş verib. Ancaq həmin dövrün qəzetlərinin yazdığına görə bu hekayənin uydurma olduğu ortaya çıxıb. Yanğın ABŞ yanğınsöndürmə briqadasının tamamilə yenilənməsinə səbəb olub.

Büyük New York Yangını

Nyu York yanğını

1835-ci ildəki Böyük Nyu York yanğını insanların vəba epidemiyası ilə mübarizə apardığı bir vaxtda meydana gəlib. 16 dekabr 1835-ci il gecəsi şəhərin mərkəzindəki bir anbar alovlanıb. Güclü küləklər alovu daha da şiddətləndirib. Alovlanan yanğın yan-yana olan 17 məhəlləni bürüyüb.

Şəhərin su təchizatı təəssüf ki, yanğını söndürmək üçün yetərli olmayıb. 1837-ci ilin inşa edilmiş “Croton” su kəməri yanğınsöndürənlərə yanğınla mübarizə aparmaq üçün kömək olub.

Kalimantan adasında meşə yanğını ile ilgili görsel sonucu

Kalimantan adasında meşə yanğını

Bu yanğın 1982-ci ildə baş verib və adanın xeyli hissəsini əhatə edib. Yanğın təxminən 10 ay davam edib və nəticədə 800 min hektar meşə ərazisi yanıb. Hadisə nəticəsində bir neçə nadir heyvan və bitki növünün nəsli kəsilib.

Tarihi değiştiren yangınlar

“Triangle” köynək fabriki yanğını

25 Mart 1911-ci ildə Nyu yorkda "Triangle" köynək fabrikindəki yanğın da böyük itkilərə səbəb olub.

"Triangle" şirkətinin 146 işçisi bu yanğında həyatını itirib. Bir çoxu binadan özünü atıb və ya kilidli çıxışlarda kütləvi şəkildə qapılar arxasında yanaraq ölüblər. Hadisənin şahidlərindən biri olan Frances Perkins binadan atlayan hər kəsin öldüyünü və bunun dəhşətli bir mənzərə olduğunu deyib. Qurbanların əksəriyyəti daha yaxşı bir həyat ümidi ilə ABŞ-a gələn gənc qadınlar və mühacirlər olub.

Yanğın cəmiyyətdəki bütün işçiləri birləşdirib. Hadisə ilə əlaqədar xalqın əks reaksiyası hökuməti işçiləri qorumaq üçün hərəkətə keçməyə məcbur edib və yeni iş yerlərində yeni təhlükəsizlik qanunları qəbul olunub. Hadisə şahidi Perkins bu hadisəyə o qədər qəzəblənib ki, ömrünü işçilərin hüquqlarını müdafiə etməyə həsr edib. O, Fabrika Tədqiqat Komissiyasının yaradılmasına kömək edib və nəticədə Amerikadakı iş mühitini dəyişdirib. Bunun ardından Perkins Amerika Birləşmiş Ştatlarının 32-ci prezidenti Franklin Delano Ruzveltin dövründə Əmək naziri olub.

Reichstag Yangını

Reyxstaq yanğını

Reyxstaq yanğını da tarixi dəyişdirən yanğınlar sırasındadır. Arsonistlər 27 fevral 1933-cü ildə Alman parlamentinin yerləşdiyi Reyxstaqı yandırıblar. Adolf Hitler bu yanğını kommunistlərin başlatdığını söyləyib.

Dövrün alman professoru Benjamin Hett Reyxstaq yanğının Hitlerin gücünü möhkəmləndirməsi üçün çox vacib olduğunu deyib.
Reyxstaqı kimlərin yandırması bu gün də müzakirə edilir.

Avstraliya yanğını ile ilgili görsel sonucu

Avstraliya yanğını

Avstraliyada 2009-cu ildə baş vermiş meşə yanğınları nəticəsində də Merisvill şəhərində 181 nəfər həlak olub. 750 bina tamamilə məhv olub. Şəhərin təxminən 80%-i yanğın nəticəsində məhv olub.

Lakin Avstraliyadakı yanğınlar 2019-cu ildə də təkrarlanıb. Nəticədə 6,3 milyon hektardan çox meşə ərazisi yanıb. Hadisə nəticəsində 7000-ə yaxın bina dağılıb. Yanğın zamanı xeyli sayda heyvan həlak olub. Bu, tarixin ən böyük meşə yanğını hesab olunur.

Turan Oruc
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR