İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəsib Nur: ''Röya içkili olsa, efirə buraxmazdılar''

4504 28.09.2016 18:00 Son xəbər A A
“Xəzər” televiziyasında yayımlanan “Nəsib olsa” verilişinin aparıcısı Nəsib Nur əməkdar artist Röya Ayxanın proqrama içkili çıxması barədə yayılan xəbərlərə aydınlıq gətirib.

Musavat.com saytına açıqlama verən aparıcı bildirib ki, hər şey ssenari əsasında baş verib: 
“Televiziyanın öz qanunları var, daim rəqabətdəsən. Əgər proqramın ilk buraxılışı səs-küy yaratdısa, deməli, bizdə alındı. Röya ona verilən obrazı layiqincə canlandırdı. Onun içkili olması mümkün deyil. Birincisi, içkili olsaydı, düzgün hərəkət edə bilməzdi. İkincisi, heç kim onu efirə buraxmazdı. Bu söhbətlər sadəcə uydurmadı. Röya sağ olsun ki, sözümüzü yerə salmadı. Həmin gün 32 qonağım oldu, proqram əyləncəli keçdi, oxuduq-oynadıq, söhbət etdik. Bu həftə də çox maraqlı olacaq.  Uzun illərdir sevilən, tamaşaçıların rəğbət bəslədiyi şəxsləri qonaq edəcəyəm”. 

Qeyd edək ki, verilişin ilk buraxılışına qonaq olan Röya tez-tez aparıcının sözünü kəsib, qonaqlara replikalar atıb və hədiyyə qutusuna təpik vurub. 
Röya öncə onun adı yazılan gül qutusunu təpikləyib. Sonra yeni verilişi “Çöl adamı” haqda danışan Kamal Dənizin sözünü kəsib. 

O, “Məhəbbət, ehtiras... Kamal, bas bağla. Harada kişi varsa, orada ehtiras var. İnsanlar qayğı içindədir. Onlara sevgi, ehtiras lazımdır”, - deyə bildirib.

Müğənni daha sonra aparıcı Zaur Kamalla danışan aparıcının sözünü kəsib. O deyib ki, Zaur qocalmır: “O, harada yatır? Soyuducuda necə dərəcədə qalır ki, qocalmır? 10 ildir ki, səhnədəyəm. Zauru uşaqlıqdan izləyirəm. Zaurdan soruşmaq istəyirəm ki, nə zaman öləcək?”

Hərəkətləri “İçkili verilişə çıxıb” xəbərlərinin yaranmasına səbəb olan müğənni sosial şəbəkədə proqramda sərxoş olmadığını, rola girdiyini bildirib: "Hərdən obraza girmək lazımdır. Getdiyin yerə və geyindiyin geyimə uyğun obrazın olmalıdır. Verilişdəki obrazım tənha və sərxoş qadın idi. O görünüşə Merilin Monro adını qoysaq, yerinə düşər". 

Könül İbrahim,
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR