NƏSİB NƏSİBLİ BORÇALI SARIDAN NARAHATDIR
Bunu Milli Məclisin deputatı Nəsib Nəsibli deyib. O bildirib ki, bununla bağlı Milli Məclisdə dəfələrlə çıxış edib və sonuncu dəfə irəli sürdüyü təklif qəbul olunub: “Ancaq problemlə bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əməkdaşlıq komissiyasında müzakirələrə başlanılmayıb. Gürcüstanda azərbaycanlılarla bağlı çox dramatik hadisələr baş verir. Narazılıq yaradan addımlar atılır. Təəssüf ki, bizim parlament üçün dinləmələr aparmaq xarakterik hal deyil. Əgər müvafiq dövlətlərin təzyiqindən qorxursunuzsa, toplantını qapalı keçirək. Amma bilinsin ki, filan məsələ müzakirə olundu”.
O, parlamentin deputatlarından ibarət qrupun Gürcüstanın azərbaycanlılar yaşayan bölgəsinə səfər etməsinə ehtiyac olduğunu da deyib: “Əgər orada azərbaycanlıların sayı azalırsa, vəziyyəti müsbətə doğru dəyişmirsə, bu, təhlükə hesab olunmalıdır. Bunun dövlət siyasəti olmadığını güman etmək sadəlövhlük olardı. Orada baş verənlərin Gürcüstan hökumətinə birbaşa aidiyyəti var” (APA).