İnsanlara hürriyət, millətlərə istiqlal!

NƏRİMANOV RİH ONA ÜNVANLANAN İTTİHAMA REAKSİYA VERDİ

816 15.03.2013 09:40 Ölkə A A
L.Rüstəmova bildirib ki, yaşadığı ev Nərimanov Rayon İcra Hakimiyyətinin Nizami adlı əməkdaşı tərəfindən aldadılaraq əlindən alınıb. Ona evinin plana düşdüyü, ancaq başqa yerdən ev alacağı deyilsə də sonradan heç nə verilməyib. 2007-ci ildən küçələrdə yaşadığını deyən qadının sözlərinə görə, dəfələrlə Nərimanov RİH rəhbərliyinin qəbuluna düşməyə çalışsa da kimsə onu dinləməyib. L.Rüstəmova oğlu Pəhləvan Rüstəmovun 1992-ci ildə Qarabağ savaşında şəhid olduğunu da əməkdaşımıza bildirib.
Ancaq ötən gün Nərimanov RİH yazıya etiraz edib. İH başçısının müavini Şahmar İbadovun imzası ilə qəzetimizə təkzib məktubu göndərilib. Məktubda L.Rüstəmovanın iddiaları təkzib olunur. Qeyd edilir ki, RİH əməkdaşlarının apardığı araşdırmalar nəticəsində üzə çıxıb ki, L.Rüstəmovaya məxsus ev sahibəsi tərəfindən satılıb: “Qəzetinizdə dərc olunan məqalə ilə əlaqədar Nərimanov RİH tərəfindən araşdırmalar aparılıb və aşağıdakılar müəyyən olunub. Məqalədə qeyd olunan mənzil 2007-ci ildə L.Rüstəmovaya məxsus olub, alğı-satqı müqaviləsinə əsasən 2007-ci ildə kənar şəxslərə satılıb. Evin yerində hər hansı tikinti aparılmayıb, mənzil sökülməyib və hazırda Tamella Qurbanovanın mülkiyyətindədir. Nizami adlı şəxsin Nərimanov RİH-lə heç bir əlaqəsi olmayıb. Ümumiyyətlə, Nərimanov RİH-də Nizami adlı məmur işləməyib”.
Məktubda şikayətçi qadının şəhid ailəsi olması ilə bağlı iddianın doğru olmadığı qeyd olunur: “Vətəndaş L.Rüstəmovanın ”Şəhid ailəsi" statusu yoxdur. Bizdə olan şifahi məlumatlara əsasən (qonşuların ifadəsidir-RİH) o, Nizami rayonunda yaşayır, “8-ci km bazarı”nda falçılıqla məşğul olur. Onun oğlu Pəhləvan Rüstəmov 1992-ci ildə gül alverçiləri ilə mübahisə zamanı bıçaqlanaraq qətlə yetirilib. Nərimanov RİH-ə son 6 ildə L.Rüstəmovanın hər hansı müraciəti daxil olmayıb. Gələcəkdə hər hansı məlumatı qəzetinizdə dərc etməmişdən əvvəl onu aid etdiyiniz qurumla dəqiqləşdirmə aparsanız, daha dəqiq, dolğun, qərəzsiz və obyektiv fəaliyyət göstərmiş olarsınız".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR