İnsanlara hürriyət, millətlərə istiqlal!

Nərimanov rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini vəzifəsinə təyinat olmayıb- AÇIQLAMA

3807 23.11.2020 18:11 Ölkə A A

 

Bu gün saytımızda “Report” İnformasiya Agentliyinə istinadən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının I müavini vəzifəsinə yeni təyinat olmasına dair məlumat yer alıb.

Məlumatda bildirilir ki, bu vəzifəni tutan Şahmar İbadov işdən azad olunaraq yerinə İradə Mahmudova təyin edilib. İ.Mahmudova bu təyinata qədər Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsində çalışırdı.

Nərimanov rayon İcra Hakimiyyətindən redaksiyamıza daxil olan məlumata görə, Ş.İbadov başqa işə keçməsi ilə əlaqədar ərizə ilə müraciət edərək öz xahişi ilə işdən azad olunub: “Birinci müavin vəzifəsinə hal-hazırda heç bir təyinat yoxdur və olacağı təqdirdə Nərimanov rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsinin struktur bölməsində yerləşdiriləcəkdir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR